Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the publisher domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Daha çox məlumat üçün lütfən WordPress xəta sazlanması ünvanına baxın. (Bu mesaj 6.7.0 versiyasında əlavə edildi.) in /home/u958475654/domains/kanal32.az/public_html/wp-includes/functions.php on line 6260
Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub – Kanal32
Deprecated: Function WP_Dependencies->add_data() was called with an argument that is deprecated since version 6.9.0! IE conditional comments are ignored by all supported browsers. in /home/u958475654/domains/kanal32.az/public_html/wp-includes/functions.php on line 6260

Deprecated: Function WP_Dependencies->add_data() was called with an argument that is deprecated since version 6.9.0! IE conditional comments are ignored by all supported browsers. in /home/u958475654/domains/kanal32.az/public_html/wp-includes/functions.php on line 6260

Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun müayinə və müalicə üçün Almaniyaya getmək niyyəti baş tutmayıb.

“Kanal32” xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxınları bildirib.

Buna səbəb isə  Qaralovun ölkədən çıxış üçün icazə istəyinə “yox” deyilməsidir.

Yaxınlarının bildirdiyinə görə, qaraciyər problemindən əziyyət çəkən Qaralova “yuxarıdan” “Almaniyadan həkimini dəvət elə, özü gəlsin” cavabı verilib.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq baş prokuror bu günlərdə vəfat edən yaxın qohumlarından birinin məclisinə də gedə bilməyib.

Onun işdən azad olunmasından sonra yenidən içkiyə qayıtdığı və bunun da səhhətində ciddi problemlərə səbəb olduğu deyilir.