Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Yevlax ŞİH-nin başçısı Anar Tağıyev peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin müdiri Natiq Əfəndiyev dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.
Qeyd edək ki,Natiq Əfəndiyev dövlət qulluğunun müşaviridir və müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.
Biz də “Kanal32” Media Şəbəkəsi olaraq Natiq Əfəndiyevi təbrik edir,ona çətin və məsuliyyətli işində davamlı uğurlar arzulayırıq.