Azərbaycan jurnalistlərinin sentyabrın 24-də keçirilmiş VIII qurultayında məndə Baş redaktor olaraq Mətbuat Şurasının üzvü olan “Sabaha inamla” qəzetinin adından iştirak etdim. Öncədən dediyim kimi layiqli namizədlərə
səs verdim. Rəşad Məcid Mətbat Şurasının sədri postuna seçilən layiqli namizəddir. 2016-cı ildə keçirilən müsabiqədə Qarabağ nominasiyası üzrə qalib gələndə həmin Fəxri Fərmanı Rəşad Məcid mənə təqdim etmişdi.Əminəm ki, Rəşad Məcid Azərbaycan jurnalistikasının inkişafı üçün, eləcədə Azərbaycan jurnalistlərinin problemlərinin həlli üçün əlindən gələni edəcək.Onu təbrik edirəm. Yeni vəzifəsində uğurlar arzulayıram! Bu sözlər Mətbuat Şurasının sədri Rəşad Məcidə məxsusdur: “Mətbuat Şurasının gördüyü işlər göz qabağındadır.Bundan sonra bizim fəaliyyətimiz daha çevik,daha dinamik olacaq.Fikrimiz var ki, daha geniş sahədə etik davranışlar məsələsi ilə bağlı müraciət imzalayaraq sosial şəbəkələrə, yeni mediyaya göndərək.Mümkün dərəcədə medianın saflaşdırılması yolunda Mətbuat Şurasının xidmətləri olsun. İndi jurnalistika adına iddia edən
çoxlu kənar qüvvələr var. Əvvəll əlifbanı öyrənən kimi qəzet açıırdılar. İndi əlifbanı öyrənməyə ehtiyacda yoxdu.Feysbuqu qarşısına qoyub ağlına nə gəldi yazırlar. Bunlar ümumi jurnalist adını zədələyir. Mən təəssüflə bildirirəm ki, bizim bir-birimizə olan kinimiz, kudurətimizlə cəmiyyətdə jurnalist adına olan hörmətimizi, etibarımızı azaldırıq. Bir olaq, birlikdə çalışaq.Azərbaycan dövlətinin, Vətənimizin və jurnalistikamızın maraqlarını uca tutaq!”
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
Öncəki xəbər
Növbəti xəbər