Azərbaycanın dövlət suverenliyi müstəqilliyimizin və ərazi bütövlüyünün rəmzidir. Hərb tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatından üç il ötür. Dövlət Suverenliyi Günü Azərbaycan xalqının şanlı zəfər günüdür və bu tarix Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi hesab olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edilmiş və həmin vaxtdan hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Sərəncamda deyilir: “Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi də dövlətçilik tariximizin əsas istiqamətlərinə verilən ən yüksək qiymətdir. Bu təşəbbüs suverenlik ideyasının gücləndirilməsi, hüquqi institutların inkişafı və müstəqilliyimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm strateji addımdır. 20 Sentyabr – Dövlət Suverenliyi Günü suverenliyin zəfər salnaməsidir. 20 Sentyabr Azərbaycanın dövlət suverenliyinin bərpasını təcəssüm etdirən mühüm tarixi bir gündür. Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Azərbaycan öz şanlı tarixinin şərəfli bir dövrünü yaşamaqdadır. Suverenlik günü dövlətçiliyimizin şərəfli tarixini əks etdirən fəxr günümüzdür. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir.
Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alınmışdır, ictimai-siyasi sabitlik təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 sentyabr 2024-cü ildə “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılldı və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirildi. Dövlət Suverenliyi Günü Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır.Millətimizin mübarək varlığına qandal vurmaq üçün bir-biri ilə yarışan düşmənçilik ittifaqı meydanlarda haqq etdiyi acı dərsi aldı.
Nəhayət, qazanan əziz xalqımız, milli ürəklər olmuşdur. Ölsəm şəhid, qalsam qazi deyən bir millətin müqavimətini, iradəsini qıracaq, uğurunu məhdudlaşdıracaq bir qüvvə hələ dünyada görünməmişdir və təzahür etməmişdir. Əsgər millət, ordu millət, budur. Nəyiniz var soruşanlara onlarda olmayan və heç vaxt bilmədikləri şərəf, ləyaqət, dürüstlük və iman dəyərləri ilə cavab verdik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əks-sədaları hələ də davam edən qəhrəmanlıq dastanı yazaraq ermənistanın ardıcıl təxribatlarının qarşısını aldı və böyük zəfərə imza atdı. Qəlbi vətən, millət sevgisi ilə döyünən bütün insanlarımızı həsrət və ehtiramla salamlayıram. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəmi bir sutka ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi. Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Müstəqilliyimiz milli sərvətimizdir! Müstəqilliyimiz şöhrətimizdir! Müstəqilliyimiz gürurumuzdur! Müstəqilliyimiz mənliyimizdir, kimliyimizdir, mövcudluğumuzdur! Qarabağ Azərbaycanın əzəli, əbədi və qədim torpağıdır! Azərbaycan əbədi olaraq yaşayacaq, yaşadılacaqdır və yaşadacaqdır !
Qarabağda qanımızla tarix yazdıq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yazdıq. Bu gün yenə yazacağıq, yenə yazacağıq, yenə yazacağıq. Azərbaycan xalqıının şanlı tarixində yeni bir dönəmin qapılarını açan və millətimizə yeni bir vətən, yeni bir istiqbal qazandıran Dövlət Müstəqilliyi Gününü qürurla idrak edirik. Respublikamız və müstəqilliyimiz bizim göz bəbəyimizdir. Azərbaycan xalqı, istiqlalına və gələcəyinə qəsd edən işğalçılara qarşı başlatdığı Qurtuluş Döyüşünü, tarixdə bənzəri görülməmiş bir qəhramanlıqla zəfərlə tac etmişdir. Müstəqilliyin Bərpası Günü elə bir tarixi andır ki, küllərindən yenidən doğub və müqəddəs iradəsiylə bir millətin istiqlal addımı və istiqbal hərəkətidir. Bu gün Azərbaycan Respublikasının şanlı, şərəfli Dövlət Bayrağı mavi göylərdə dalğalanmaqdadır.
Dövr aldığımız bu dəyərli mirası eyni yüksək ruh ve şuurla hər keçən gün daha da güçləndirməliyik. Azərbaycan müasir dünya dövlətləri içində haqq etdiyi hörməti dünyaya çatdırmaq üçün lazım olan iradəni hər zaman ortaya qoymuşdur. Azərbaycan bü gün demokratik inkişaf və iqtisadi yüksəlməsiylə birlikdə regiona sabitlik və rifah ixrac edən bir ölkə halına gəlmışdir. Millətimizin ortaq əsəri olan dövlətimizə sahib çıxmaq, ölkəmizin və millətimizin gələcəyi üçün çalışmaq və mübarizə etmək, lazım gəldiyində fədakarlıq etmək hamımızn müştərək vəzifəsidir. Daxildə və xaricdə dövlətimizin, millətimizin, vətənimizin birliyinə, bütövlüyünə, bekasına qəsd etməyə qalxanlara heç bir şəkildə icazə verilməyəcək, Azərbaycan Respublikası əbədi payidar olacaq. Quruluş fəlsəfəmizə həyat verən iradə dimdik ayaqdadır. Dövlətimiz, milyonlarca vətandaşımızın ortaq iradəsiylə bu torpaqlara daha sağlam daha dərin kök salmışdır. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Əziz millətimiz, ölkəmizə qəsd etmək istəyənlərə, imperialist güclərə qarşı birlik və bərabərlik içində heç bir zaman keçid verməmişdir. Birlik ruhumuz, fəsad nöqtələrinin bütün tələlərini başlarına yıxacaqdır. Birliyimizə, bərabərliyimizə,vətənimizə,istiqlalımıza , istiqbalımıza, istiqrarımıza , gələcəyimizə qəsd edən heç bir terror fəaliyəti, darbə təşəbbüsü , finans və media hücumları hədəfinə çatmayacaqdır. Azərbaycan Respublikası 21. əsrə damğasını vuracaqdır. Azərbaycan daim xoşbəxt, müvəffəqiyyətli, zəfərli olacaq, yaşayacaq və yaşadacaqdır Azərbaycan əbədiyyətə qədər var olacaq və tam müstəqil yaşayacaq. 2023-cü il sentyabrın 20-də dövlətin bütün ərazilərində tam suverenlik bərpa edilmişdir.
Azərbaycanın ən yeni tarixini yazan Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 il işğal altında qalan torpaqlarımızın xilaskarı Azərbaycanın şanlı tarixini yazdı. Azərbaycan Respublikasının suverenliyi və Konstitusiya quruluşu tamamilə bərpa Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla suverenliyimizin legitimliyini rəsmiləşdirdi. Vətən uğunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram!
Yaşasın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev , Yaşasın Rəşadətli Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Xalqı! Eşq olsun Azərbaycan Ordusuna və Əsgərinə!
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı!