“Qırmızı çamadan”Mingəçevirə gəldi-FOTOLAR+VİDEO

“Muz TV” telekanalında yayımlanan yeni əyləncəli ” Qırmızı çamadan” verilişinin çəkiliş qrupu Mingəçevirə gəlib.

Verliş yeni layihədir. Rejissor Xamis Ağcayevdir. Paytaxtdan gələn sənətçilər el-oba arasında gözəl səsə malik,tanınan xanəndə , Respublikanın Əməkdar artisti Babək Niftəliyev və digər sənətçilər , öz düzlu, məzəli rolları ilə hamının sevimlisi olan verilişin aparıcısı Ülviyyə Əliyeva və verilişin rejissoru Xamis Ağcayev bir gün səhərdən axşamadək bölgənin görməli yerlərini, istedadlı, bacarıqlı insanlarını lentə alıblar.

Onlar tanınmış ziyalı nəslindən olan bir ailənin- şair, sənətkar, veteran polis Bəhman müəllimin qonagı olublar. Onlar oxuyub, oynamaqla mingəçevirlilərə xoş anlar yaşadıblar.Ülviyyə xanım sonda bizimlə həmsöhbət olub.

Ətraflı videomüsahibədə:

FOTOLAR:

 

Esmira Hidayətova,

Mingəçevir.