Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədovun məhkəməsi başa çatıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Tural Məmmədov 2021-ci ildәn 2025-ci il tarixәdәk həmin vәzifәdә işlәdiyi dövrdә Şәki Şәhәr İcra Hakimiyyәti Başçısı tәrәfindәn ona Vətən müharibəsinin iştirakçıları vә şәhid ailәlәri ilә bağlı müvafiq mәlumatların toplanılması, hazırlanması vә aidiyyәti üzrә mәlumat bazasının yaradılması, narahat edәn mәsәlәlәrin hәlli istiqamәtindә rәhbәrliyә tәkliflәrin tәqdim olunması, qanunvericiliklә tәnzimlәnәn güzәştlәrin tәtbiq edilmәsi barədə işlər görmək tapşırılıb.
İttihama görə, o, şəhid ailələrinə və müharibə iştirakçılarına mənzil verilməsi, pensiyaların bərpası, veteranlıq statusunun alınması və işə düzəlmə kimi məsələlərdə kömək edəcəyini vəd edərək vətəndaşlardan pul alıb.
Tural Məmmədov eyni zamanda Çeşməli kəndində tikilmiş binada mənzil verilməsinə kömək etmək adı ilə, avtomobil almağa yardım göstərmək vədi ilə bir neçə vətəndaşdan pul alaraq mənimsəyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 27 nəfərdir.
Zərərçəkmiş şəxslərə dəymiş ziyan ümumilikdə 95 min 700 manat maddi ziyan müəyyən edilib.
İstintaq orqanı tərəfindən Tural Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 311.3.2 (təkrar rüşvət alma) vә 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddәlәri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Tural Məmmədov özünü yalnız Cinayәt Mәcәllәsinin 178.2.2, 178.2.3 vә 178.2.4-cü maddәlәri ilә tәqsirli bilib, 311.3.2 vә 311.3.3-cü maddәlәri ilә tәqsirinin olmadığını söyləyib. O, zərərçəkmişlər tərəfindən verilmiş mülki iddiaları da qәbul etmәyib.
Tural Məmmədov ifadәsindә göstәrib ki, əvvəlki ifadəsində bir neçə nəfərin adını çəkib, bundan sonra ona təzyiqlər başlayıb: “Çünki hadisəni olduğu kimi danışırdım. Mənim mәnzil komissiyası ilә bağlı heç bir sәlahiyyәtim olmayıb. Sәrәncam sәnәdlәrinin sonuna baxılsa, orada imzam yoxdur. Mən niyә tәk ittiham olunuram? İttiham üzrә 311-ci maddәni qәbul etmirəm. Mən mәnzil verәn idim? Sosial Xidmәtlәr Agentliyinә sorğu vermişəm ki, aydınlaşsın, görәk mәnzilvermә sәlahiyyәti kimә mәxsusdur? Cinayət Məcəlləsinin 311-ci maddәsi üzərimdən götürülmәlidir ki, camaatla barışım, onların pulunu qaytarım, işə xitam verilsin”.
Tәqsirlәndirilәn şәxs ifadəsində göstәrib ki, özünü Cinayət Məcəlləsinin 178-ci maddә ilə qismən tәqsirli bilir: “Yәni zәrәrçәkmiş şәxslәrin bir qisminin pullarını әlә keçirmişəm. Mәsәlәn, orada rәqәmlәr var, 7000 manat yazıblar. Həmin pulla bağlı mәsәlә olmayıb. Digər zərərçəkmiş 19000 manat yazıb, o vəsait də mənim tərəfimdən alınmayıb. İş üzrə zərərçəkmiş İlqar mənim telefon nömrәmi vә ya iş otağımı tanımır. Kiminsә öyrәtmәsiylә belə ifadə verib. “Qocalar Park”ında ondan 6000 manat aldığımı deyib. Mən onu ümumiyyәtlә tanımıram”.
Təqsirləndirilən şəxs deyib ki, Osman Rәcәbovdan 4000 manat aldığını xatırlamır. Onun sözlərinə görə, zәrәrçәkmiş şәxslәrin әyani sübutları varsa, tәqdim etmәlidirlәr.
Tural Məmmədov bildirib ki, zərərçəkmiş Səbirə xanımı xatırlayır, amma ondan 10 min manat aldığı yadında deyil: “O, mәnzil növbәsindә idi. Özü yaxınlaşaraq dedi ki, uzun illәrdir növbәdәdir, mәnzil ala bilmir. Məndən kömәk istәdi, cavab verdim ki, ola bilәr, alınsın. Sabirә xanıma vәd vermәdim. İcra Hakimiyyәtinin mәnzil verilmәsinә sәlahiyyәtinin çatmadığı mənə sonradan mәlum oldu”.
İş üzrə zərərçəkmiş Sabirə Nüyvәrovanın sözlərinə görə, oğlu Şahin 1994-cü ildә hәrbi xidmәtdә olan zaman şәhid olub. 2019-cu ildә şәhid ailәsi kimi ona 10.000 manat birdәfәlik müavinәt verilib:
“Pulu Şәki şәhәrindә ev almaq üçün özümdә saxladım. 2023-cü ilin sonlarında şәhid ailәsi kimi mәnzillә tәmin olunmağım üçün Şәki Şәhәr Icra Hakimiyyәtinin rәhbәrliyinin qәbuluna getdim. Mənə verilmiş 10.000 manat pulu onlara tәqdim etmәk istәdim vә bunun müqabilindә mənə birotaqlı ev verilmәsini xahiş etdim. İcra başçısı Elxan müәllim bildirdi ki, pul sizə mәxsusdur, heç kimә vermәmәlisiz. Əlavə etdi ki, şәhid ailәsi kimi ev növbәsindəsiniz.
Şәki Şəhər İcra Hakimiyyəti Başçısının Şәhid ailәlәri vә müharibә iştirakçıları ilә işin tәşkili şöbәsinin müdiri Tural Məmmədov da orada idi.
Mən oradan çıxıb evimә getdim. Bir neçә saat sonra ev telefonuma zәng gәldi, Tural müәllimi tanıdım. O, bizə Çeşmәli kәndindә bir otaqlı ev verә bilәcәyini dedi, nә qәdәr pula imkanım çatdığını soruşdu. Ona Çeşmәli kәndinin uzaq olduğunu dedim. O, digər ünvanda yaşayış binası inşa olunduğunu, binanın 2-ci mәrtәbәsindә mənə də bir otaqlı ev verә bilәcәyini, amma bunun üçün 5000 manat lazım olduğunu söylədi. Mən razılaşdım.
Tural tәxminәn on gün sonra zәng edәrәk 5000 manatı ona çatdırmağımı istәdi, məni Şәki şәhәri, M.Ə.Rәsulzadә prospektindә yerlәşәn “Ekonom” marketin yanına çağırdı. Günorta saatlarında hәmin yerdә Turalla görüşdüm, yaşayış binasının arxa tәrәfinә getdik. Tural orada pulu məndən istәdi. 5000 manatı ona verdim”.
Zərərçəkmiş şəxs deyib ki, tәxminәn 10 gün sonra Turala zәng edib, hәmin binadan iki otaqlı ev vermәsini xahiş edib: “Tural bunun üçün әlavә 5000 manat da istәdi. Mən də razı oldum. Bir neçә saat sonra zәng edәrәk, “Ekonom” marketin yanında olduğunu, 5000 manat pulu hәmin yerә gәtirmәyimi istədi. Nәvәm Gülnarla Turalın dediyi yerә getdim. “Ekonom” marketin yanında 5000 manat pulu ona verdim. Həmin vaxt oğlum Ramin də yanımdaydı.
Tural 2025-ci ilin mart ayı әrzindә evlә tәmin olunacağımı bildirdi, şәxsiyyәt vәsiqәmin vә digәr sәnәdlәrimin surәtlәrini aldı. Oğlum Ramin ayaqqabı ustası olduğu üçün yaşadığımız Kiş kәndindә torpaq sahәsi alaraq orada köşk tikmәk istәyirdi. Bunun üçün torpaq sәnәdlәrinin hazırlanmasından ötrü Turalla danışdı. Eyni zamanda köşkün inşası üçün Turizm Agentliyinә də müraciәt etdik. Tural oğluma kәnddә 10 kvadrat metr torpaq sahәsinin onun adına sәnәdlәşdirәcәyini dedi və bu iş üçün 1500 manat istәdi. Tәqaüdümdәn 1500 manatı Raminә verdim ki, Turala çatdırsın”.
Zərərçəkmiş ifadəsində göstərib ki, 2025-ci ildә Turalla görüşmәk üçün Şәki Şəhər İcra Hakimiyyətinə gedib, orada mәlum olub ki, Tural Məmmədov digәr şәxslәrdәn dә pul әlә keçirdiyi üçün tutulub.
İş üzrə ifadə verən digər zərərçəkmişlər də Tural Məmmədova pul verdiklərini deyiblər. Bildiriblər ki, işlərinin həll olunması üçün Tural Məmmədov onlara “şirinlik” lazım olduğunu deyirmiş.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimdə çəkilməsi müəyyən edilib.
Əlavə cəza olaraq tәqsirlәndirilәn şәxs 2 il müddәtә dövlәt vә yerli özünüidarә orqanlarında tәşkilati-sәrәncamverici vә ya inzibati tәsәrrüfat funksiyalarına malik rәhbәr vә maddi mәsul vәzifә tutmaq hüququndan mәhrum edilib.
İş üzrə zərərçəkmişlər tərəfindən verilən mülki iddialar qismən təmin edilib.
Həmçinin iş üzrә 95.700 manat maddi ziyandan 5.800 manat maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödәnilmәsi nәzәrә alınıb.
Qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Elxan Usubovdur. O, 2011-ci ildən bu vəzifədə çalışır.