Qahirə, 7 noyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada 8 Noyabr – Zəfər Günü münasibətilə velosiped yürüşü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin və azərbaycanlı icmasının təşkilatçılığı ilə Qətərdə yaşayan soydaşlarımız “Qarabağ Azərbaycandır” şüarı altında və dövlət bayrağımız olan velosipedlərlə Doha küçələrindən keçiblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə