“Bəzi hallarda sifarişçilərin naşılığından istifadə edərək alıcılara bahalı və keyfiyyətli adı ilə ucuz və keyfiyyətsiz qəbirüstü abidə daşları sıranır”
Bu fikirləri Kanal32-yə açıqlamasında qəbirüstü daşların hazırlanması üzrə mütəxəssis ,Mingəçevir Abidə sexinin təmsilçisi, Vətən müharibəsi qazisi Samir Tacızadə söyləyib.Onun sözlərinə görə daşları keyfiyyət5 üsyünlüyü ilə müəyyən etmək sadə vətəndaş üçün elədə adi məsələ deyil.
“Daş materialının , sıxlığı , rənginin təbiiliyi, ləkə götürməyə meylli olmaması və digər detallar seçim zamanı diqqət yetirilməli məqamlardandır.Təəssüf ki, doğmasını itirməsi səbəbindən üzgün durumda olan , qəbirüstü abidəni ən yaxşı materialdan hazırlatmağa istəklli görünən sifarişçi şəxs bir az da keyfiyyət incəlikləri barədə məlumatsız olması səbəbindən bir çox hallarda aldadılır.Fikrimcə qazanılan pul halal olmalıdır.Səbəbsiz yerə xərc çəkib abidə sifariş edən insanları aldatmaq insanlığa sığmayan davranış formasıdır”.
Qazi mütəxəssis abidə daşlarının əsasən Çin, Hindistan, İran və Ukraynadan gətirildiyini deyir.Onun sözlərinə görə dünyada baş verən proseslər abidə daşlarının alış və daşınma xərclərinə də təsirsiz ötüşmür.Bir neçə il bundan öncə Ukraynadan təxminən 2 min ABŞ dollarına tırla daşınan xam material bu gün 6 min ABŞ dollarına başa gəlir.Eləcə də son zamanlar İranda baş verənlər də oradan idxal olunan daş materiallarının qiymətlərinə ciddi mənada artımla təsir edir.Daşınma sərfiyyatların artımı abidənin hazır vəziyyətdə satış qiymətinində artımına yol açır.

Samir Tacızadənin verdiyi məlumata görə xaricdən gətirilən daşlar arasında Çin məhsullarına sifarişçilər arasında təlabat daha böyükdür.Onların keyfiyyətinin də yüksək olduğunu bildirir.Abidələrin hansı daşlardan və ölçülərdə hazırlamasına uyğun olaraq satış qiymətləri müəyyən olunur.Məsələn Çin daşlarından hazırlanan normal qəbrüstü abidələrin qiyməti 2000-4000, Ukrayna xsmmalından ərsəyə gətirilən abidələr isə 1500-2500 manat civarında dolaşan qiymətlərlə sifarişçilərə təklif olunur.
Usta sadə daşların da təlabatda müəyyən mənada yer aldığını da deyir.Adi daşlardan hazlrlanan abidələr 600 manat hüdudlarında satılır ki, bu da sadə vətaşların ürəyincə olur.Eyni zamanda milli resurslarımız olan ağ mərmər qaya daşları var ki, Daşkəsındə çıxarılır və istehsal prosesində davamlı yüksək təlabatla istifadə olunur.Mütəxəssis keyfiyyətli milli mərmərlərdən hazırlanan qəbirüstü abidəlırin hər kəsin cibinə və istəklərinə uyğun olduğunu bildirir.Onun sözlərinə görə qəbirüstü abidələrin hazlrlanması fərdi sifarişlər əsasında hazlrlandığı üçün satış qiymətləri də istəklərin gerçəkləşməsi zəmnində formalaşır.

Elə adamlar ola bilər ki , onların arzusuna uyğun abidə hazlrlığı 5, 10 min manat dəyərinə və ondan da artıq ola bilər.Amma müşahidələt göstərir ki, dəbdəbəli qəbirüstü abidələrə maraq azalıb.Bu gün yalnız sadə və orta meyarlı abidələr sifarişlərdə üstünlük təşkil edir.Abidə istehsalı və satışı sahəsində son aylar ərzində baş verən dəyişikliklərə gəlincə isə Samir Tacızadə ümumən orta hesabla 300 manat civarında bir artım müşahidə olunduğunu söyləyir.
Ehtiram Muradov