Mingəçevir şəhərində Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Mingəçevirdə 22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.

Ədliyyə işçiləri həmişə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursuna və qanunun aliliyi prinsiplərinə sadiq qalaraq ölkədə hüquqi dövlət quruculuğuna öz töhfələrini verirlər. Həmçinin Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edir, onun əsasını qoyduğu məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsində fəal iştirak edirlər. Ədliyyə işçiləri Ulu Öndərin zəngin dövlətçilik irsinə sadiq qalaraq insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi yolunda şərəflə xidmət göstərirlər.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik əsaslarını möhkəmləndirmiş, ölkəni dərin böhrandan çıxarmış və müasir ədliyyə-məhkəmə sisteminin bünövrəsini qoymuşdur. Bu gün də onun layiqli davamçısı Prezident İlham Əliyev həmin siyasi kursu müasir dövrün çağırışlarına uyğun olaraq uğurla inkişaf etdirir. Onun rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş, dövlətçilik ənənələri daha da möhkəmləndirilmişdir.



Esmira Hidayətova,
Mingəçevir