Azərbaycan Respublikasının Qeyri-Hökümət Təçkilatlarına(QHT)Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə “Hüquqi Tədiqatlar Mərkəz”İctimai Birliyinin həyata keçirdiyi “Korrupsiyaya Qarşı Mübarizədə Rəqabət Məcəlləsinin Rolu”mövzusunda Mingəçevir şəhər Tibb Kollecində tədbir keçirilib.
Öncə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ardınca Hüquqi Tədiqatlar Mərkəzi İB-nin sədri,hüquq üzrə fəlsəfə doktoru,dosent Bəxşeyiş Əsgərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və bildirib ki,”Hüquqi Tədiqatlar Mərkəzi”İB “Koorupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu”adlı layihənin icrasına başlayıb.
Vurğulanıb ki,ölkəmizdə koorupsiyaya qarşı mübarizə tədbriləri sistemli şəkildə aparılır,hüquqi və təşkilatı mexanizimlər yaradılır,yeni normativ hüquqi aktlar qəbul olunur,qanunvericilik təkmilləşdirilir. Son dövrlərdə qəbul olunmuş AR-nın Rəqabət Məcəlləsi bu istiqamətdə vacib qanunlardan biridir.Məcəllənin müddəalarını sahibkarlar,məmurlar,ziyalılar arasında izahı koorupsiya hallarının azaldılmasına kömək edəcək əsasvasitələrdən biri kimi çıxış edir. Elə bu məqsədlə də “Hüquqi Tədiqatlar Mərkəzi”İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Koorupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu”adlı layihəni həyata keçirir”.
Qeyd olunub ki,layihə çərçivəsində Bakı,Mingəçevir şəhərlərində,Salyan,Ağcəbədi və Xaçmaz rayonlarında 100 nəfərdən artıq sahibkarın,dövlət qulluqçusunun,ictimaiyyət nümayəndəsinin iştirakı ilə təlimlər keçiriləcək. Çalışacağıq ki,həmişə olduğu kimi “Hüquqi Tədiqatlar Mərkəzi”İB olaraq bu layihəni də yüksək peşəkarlıqla icra edək.
Tədbirdə Mingəçevir Tibb kollecinin direktoru Fikrət Zeynalov çıxış edərək layihənin uğurla həyata keçməsində layihə iştirakçılarına uğurlar arzulayıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Mehman Şükürov,MDU-nun İqtisadi Tədiqatlar Mərkəzinin rəhbəri,iqtisad üzrə fəlsəfə doktoru,dosent Vüqar Məmmədli “Rəqabət Məcəlləsinin bazar münasibətlərinin inkişafında yeri”mövzusunda, Hüquq məsələləri üzrə ekspert Aydın Kərimov “Koorupsiya imtiyazların və güzəştlərin qanunsuz mənimsənilməsi,ədalətli rəqabətin qarşısının alınması mexanizmi kimi”mövzusunda geniş çıxış ediblər.
Qarşılıqlı fikir mübadiləsi zamanı,Teleaparıcı, politoloq İnqilab Şirinli layihənin günün tələblərinə uyğun olduğunu və çox önəmli mövzunu əhatə etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, rüşvət və korrupsiya faktoru cəmiyyətinin hərtərfli inkişafı üçün ən böyük təhlükələrdən biridir. Azzad bazar iqtisadiyyatı yolunu seçən ölkəmizdə kiçik və orta sahibkarlığın ədalətli rəqbət mühitində inkişafı təmin olunmalıdır.Bu baxımdan Rəqabət Məcəlləsi çox mühüm hüquqi baza rolunu oynayacaq.
Esmira Hidayətova,
Mingəçevir
Kanal32.az