Baş redaktor Namiq MƏMMƏDLİ
Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, Sabaha-inamla.az xəbər portalının baş redaktoru Namiq Məmmədlinin 55 yaşı tamam oldu. Onun 55 illik yubileyi Sumqyıt şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olundu.
Hüquqşünas-şair Ədalət Əroğlu və Baş redaktor Namiq Məmmədli
Və o, icra başçısı Zakir Fərəcov tərəfindən Fəxri Fərmanla təltif olundu. Bu yaxınlarda “Ədalət işığında” Ədəbi-bədii məclisi də onun yubileyini qeyd etdi.
Bu günlərdə isə “Ədalət işığında”ədəbi məclisinin üzvü, şair Miraslan Rasim Namiq MƏMMƏDLİYƏ şeir həsr edib. Şair o şeiri ilk dəfə “Ədalət işığında” Ədəbi-bədii məclisinində səsləndirib.
Qeyd edək ki, şair Asif Asiman da uzun illər bundan qabaq Namiq MƏMMƏDLİYƏ şeir həsr etmişdi.
Baş redaktor Namiq MƏMMƏDLİ “Ədalət işığında” Ədəbi-bədii məclisinin üzvüləri arasında
https://www.facebook.com/namiq.
memmedli.9/videos/1106318940308153 –Canlı yayım
Miraslan Rasim
BƏLLİDİR
(şeir, dostum, filoloq-jurnalist Namiq Məmmədliyə ad günü münasibətilə həsr olunub)
Yaxşı insan, əməlindən bəllidir;
möhkəm bina,təməlindən bəllidir.
Quş tanınar qanadı,caynağından
Bağban coşar,bəslədiyi bağından
İgid məşhur olur,cavan çağından
Aqil olan kamalından,bəllidir!
Aşıq olan hərdən öpər sazından;
Tez tanınar səsindən,avazından;
İl tanınar,payızından ,yazından
Alim kəşfi-amalından,bəllidir!
Elm əhlinə diqqət,kömək gərəkdir;
Səy,istedad,gərgin əmək gərəkdir;
Mərd kişinin andı duzdu,çörəkdi,
Nurani kəs, camalından,bəllidir!
Yaxşı çoxdur, sadalamaq ,bəs etməz;
Elə dərd var yasalamaq ,bəs, etməz;
Miraslana lütfü,hər bir kəs etməz-
Vətənsizlik,qəm-halindan bəllidir!
06.08.2022.