Rusiya Federasiyasının Arxangelsk vilayətində yaşayan soydaşlarımızın fəaliyyəti yerli qurumlar tərəfindən qiymətləndirilib. “Azerforum” xəbər verir ki, “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatını Arxangelsk vilayətinin üç təşkilatı Təşəkkürnamə və medala təltif ediblər.
Təşəkkürnamə 1 nömrəli İdman Məktəbinin, həmçinin Veteranlar Şurasının sədri S.N. Orexanov tərəfindən təqdim edilib. Medalı isə Rusiyanın Hüquq-Mühafizə Qoşunları təşkilatının Arxangelsk vilayəti üzrə veteranlar şürasının regional bölməsinin sdəri ədliyyə general-mayoru А.А. Perevozçikov təqdim edib.
“Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı İdarə Heyətinin sədri Tərlan Qasımov deyib ki, Arxangelsk vilayətinin yerli qurumları ilə əməkdaşlıq sahəsində öz işilərini davam etdirirlər: “Biz müxtəlif qurumlarla əməkdaşlıq edirk və lazım gəldikdə dəstəyimizi göstəririk. Çox müsbət haldır ki, yerli qurumlar bizim əməyimizi qiymətləndirib. Bu, ümumi görülən işlərin nəticəsidir. Diasporumuzun həyatında iştirak ediyinə görə, Arxangelsk vilayətindəki soydaşlarımıza təşəkkür edirəm”.