“Sabah Sarkisyanı Tehranda və ya Moskvada bizə qarşı banlatsalar, heç təəccüblənmərəm”

“Nə zaman qatillər, işğalçılar söz sahibi oldular? Bu vaxta qədər Ermənistana rəhbərlik edən liderlərin hər biri cocuq qatili və işğalçı olub. Ayrıca erməni diasporasının köləsi, qulu olan bu canilərin, xüsusən də Serjik Sarkisyanın belə danışmağa haqqı olduğunu da heç sanmıram. Sarkisyan özü vaxtilə dövləti terror yolu ilə ələ keçirib və terror qanunları ilə də idarə edib. Onun kimi zatıq qırıq məxluqlar heç zaman nə Ümummilli lider Heydər Əliyev, nə də İlham Əliyev haqqında nəsə demək haqqına sahib ola bilməzlər. Sarkisyan gerçəkdən də Azərbaycanın liderlərinin adını o pis ağzına almaqla həddini aşıb. İlham Əliyev də ona haqq etdiyi cavabı verdi və vaxtsız banlayan xoruzun başının necə kəsildiyini ona xatırlatdı. Ermənistanda hakimiyyətdə və ya müxalifətdə kimin olmasından asılı olmayaraq onlar bir həqiqəti unutmamalıdırlar ki, Azərbaycanın yanında Türkiyə kimi qüdrətli bir qardaş dövlət var və kimsə Azərbaycanın nə liderlərini, nə milləttini aşağılaya bilməz. Həddini bilməyənlərə həddini göstərməyə də Azərbaycanın qüdrəti çatdığını 44 günlük savaşı ilə göstərdi. Diqqət etdinizsə Sarkisyan Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən bəhs edərkən qorxusundan ad çəkmir. Çünki bilir ki, onu dediyinə peşman edəcəklər. Amma kim bilir, sabah Sarkisyan Tehrana və ya Moskvaya səfər edərək oradan yenə də Azərbaycana və Türkiyəyə qarşı banlasa, daha doğrusu, onu banlatsalar, heç təəccüblənmərəm. Çünki Serjik kimilər zaman-zaman onun-bunun əlində oyuncaq kukla olmaqdan nəinki heç zaman usanmazlar, əksinə, bu görəv onlara həzz verər. Çünki xislətlərində var bu mərəz…”
Bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Moderator.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, İlham Əliyev güclü dövlət qurucusudur, quruculuq siyasətini çox yaxşı bilir, böyük bir siyasətçidir ki, vaxtı gəldiyində 44 gündə düşmənə dərsini verib, indi Sarkisyan pərtliyini başqa cür ifadə edə bilmir:
“Hesab edirəm ki, Sarkisyanın müalicəyə ehtiyacı var. 2018-ci ildə Paşinyana rüsvayçı məğlubiyyətindən sonra görünür, xəyal qırıqlığının təsiri altında onun psixi problemləri yaranıb. Əks halda bu cür səviyyəsiz fikirlər səsləndirməz, özünü gülünc duruma salmazdı. Ulu öndər Heydər Əliyevə, eyni zamanda Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə söz demək üçün ağıllı olmaq lazımdır. Paşinyanın da bu gün nə etmək istədiyi sonadək bəlli deyil və görünən odur ki, o da Koçaryan-Sarkisyan cütlüyünün təxribatlarından çəkinərək sülhə doğru real addımlar atmağa tələsmir. Paşinyan əslində Koçaryan və Sarkisyan kimi caniləri yerində oturtmaq üçün ağlını başına yığmalı, dünyanın və regionun gerçəklərini görməli və onunla barışmalıdır. Əks halda məğlubiyyətin buraxdığı xəstəlik tezliklə Koçaryan və Sarkisyan kimi onu da yoluxduracaq, erməni xalqı onu da tarixin zibilliyinə tullayacaq”.
Xatırladaq ki, 2 gün öncə Ermənistanın sabiq prezidenti Serjik Sarkisyan Azərbaycanın sabiq və indiki prezidentləri haqqında sərsəm fikirlər səsləndirmidi. İlham Əliyev də Suqovuşana səfəri zamanı Serjikə gərəkən cavabı verərək onu quru yuyub yaş sərmişdi…
http://moderator.az/