Mingəçevirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü qeyd olunub.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və partiyanın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin açılış nitqi ilə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan bəhs edib.

Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki xidmətlərini vurğulayıb.
Tədbirdə Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, Şəhid Anaları Cəmiyyətinin sədri, partiya veteranı İrana Həsənova, Milli Məclis deputatının köməkçisi, Vətən müharibəsi veteranı Pərviz Məmmədov və 59 saylı Ərazi Partiya Təşkilatının sədri Şəmsinur Hüseynova çıxış edərək partiyanın 34 illik fəaliyyət yolundan, ölkəmizin siyasi və ictimai həyatındakı rolundan, milli həmrəyliyin və dövlətçilik prinsiplərinin qorunmasındakı əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənc üzvlərə üzvlük vəsiqələri təqdim edilib.
Sonda YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev yekun nitqi ilə çıxış edib. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.


KANAL32.az