Ülfət Qurbanov vəzifəsindən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru işdən azad olunması ilə bağlı bəzi media qurumlarında yayılan fikirlərə aydınlıq gətirilib.

Sabiq direktor Kanal32.az-a açıqlamasında bildirib ki,bəzi media səhifələrində guya mən “TƏBİB rəhbrliyinin iş prinsipinə görə işdən ayrılmışam” adı altında yayılan informasiyalar həqiqəti əsk etdirmir. Vəzifəmdən ayrılmağımın səbəbi səhhətimdə yaranan ciddi problemlərə bağlıdır, cərrahi əməliyyat keçirmişəm və hazırda müalicəmlə məşğulam. Gündəlik gərgin iş rejimində çalışmaq imaknım yoxdur. Ona görə də vəzifəmdən azad olunmağımla bağlı TƏBİB-in rəhbəri Anar Bayramova ərizə ilə müraciət etmişəm. Sağ olsun, TƏBİB rəhbərliyi əməliyyat olunduğum ərəfədə daimi mənimlə əlaqə saxlayıblar və səhhətimlə maraqlanıblar.

Ülfət Qurbanov onu da bildirib ki, müalicə prosesi başa çatandan sonra fəaliyyətimi ixtisasım üzrə həkim kimi davam etdirəm.Hər kəsə sağalam yaşam və işlərində uğurlar  arzulayıram.