Dövlətə sədaqət və xalqa xidmətin nümunəsi, əqidə adamı Sadiq Qurbanov

Dövlətə sədaqət və xalqa xidmətin nümunəsi, əqidə adamı Sadiq Qurbanov

Gənc yaşlarından Azərbaycanın müstəqillik hərakatına qoşularaq fərqli mövqeyi ilə seşilən millət vəkili Sadiq Qurbanovu səciyyələndirən əsas xüsusiyyəti onun əqidə sahibi olmasıdır. O, səksəninci illərin sonunda Azərbaycanda başlanan Milli Azadlıq hərakatına qoşularaq böyük dövlət adamı Heydər Əliyev xəttinin fədakar müdafiəçilərindən olub. O, Heydər Əliyevi müdafiə edən gənclər platformasının lideri kimi Azərbaycan gəncliyini Heydər Əliyevin arxasınca getməkdə, onu ətrafında birləşməkdə, dövlətimizin gələcəyini bu böyük şəxsiyyətin liderliyində görürdü. Gənclər platformasının bir üzvü və bu hadisələrin iştirakçısı kimi deyə bilərəm ki, Sadiq Qurbanovun 19 yaşında yüzə yaxın gənci ətrafında birləşdirərək Heydər Əliyev uğrunda mübarizəyə başlaması böyük cəsarət və fədakarlıq nümunəsi idi. Səriştəsiz dövlət rəhbəri vaxtıilə Heydər Əliyev tərəfindən vəzifə pillərələrində irəli çəkilmiş Ayaz Mütəllibov Prezident seçkiləri haqqında qanuna “yuxarı yaş senzi” adlı şəxsən Heydər Əliyevə qarşı yönəlmiş anti-demokratik bir müddəa yerləşdirməklə dahi siyasətçini təcrid edəcəyini düşünürdü. Əlbəttdə bu vəziyyətdən digər siyasi qüvvələrdə yararlanırdı. Ancaq Heydər Əliyevə olan xalq sevgisi və pərakəndə şəkildə onu müadfiə edən qüvvələr Azərbaycanın gələcək hədəflərini müəyyənləşdirən siaysi platformanın nüvəsini təşkil edirdi. Heç bir hərakatı gənclərsiz təsəvvür etmək mükün deyil.Heydər Əliyevə qarşı aparılan irimiqyaslı təbliğat kampaniyası gənclərdə ona qarşı yanlış təssəvür yaradmaya bilməzdi. Siyasi baxımdan xaos hökm sürdüyü bir cəmiyyətdə gənclərə doğru yol göstərmək, onları əsl liderin ətafında səfərbər etmək isə siyasi uzaqgörənlik tələb edirdi. Sadiq Qurbanov məhz belə gənc siyasi liderlərdən idi. Bəli, o, gəncləri Heydər Əliyev platformasına inandırmağı bacardı. Yuxarı yaş senzi mitinqinin təşkil olunmasında, gənclərin bu mintinqə cəlb edilməsində bütün fədakarlıqları etməklə “Əlincə” Xeyriyyə Cəmiyyəti ilə birlikdə bu müqaviməti təşkil edilməsinə nail oldular.
Zaman göstərdi ki,Sadiq Qurbanov inandığı ideallara və liderinə heç vaxt xəyanət etmədi. O, cəsarətlə öz inamının və əqdiəsinin dalınca getdi. Əlbəttdə bu yolda ona qarşı olan ədalətsizliklər onu sarsıtmadı, əksinə,o, əqidəsinə sadiq qaldı.Bəli, bu mənada o, sədaqət və cəsarət kredosu olmağı bacardı. Dərs dediyi tələbələrinə qarşı ədalətli davrandı, hətta oppentləri belə onun ali şəxsi keyfiyyətlərini etiraf etdilər. Sadiq Qurbanov işlədiyi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqında da ədalətli davranışı, dövlətə sədaqət və xalqa xidmət prinsipinə sadiq qaldı.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri kimi fəaliyyəti dövründə Sadiq Haqverdiyev oğlu Qurbanov öz idellarına sadiqdir. O, ömrünü dövlətçilik ideallarına, ulu öndər Heydər Əliyev irsinə və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursuna həsr etmiş ictimai-siyasi xadim kimi səmərəli fəaliyyətini bu gün də əzmlə davam etdirir.
Bu gün Sadiq Qurbanov sadəcə bir parlamentari deyil, həm də prinsipiallığı, xalqla sıx təması və yüksək intellektual səviyyəsi ilə seçilən, cəmiyyətin dərin rəğbətini qazanmış bir ziyalı kimi doğum gününü qeyd edir.
Sadiq Qurbanovun keçdiyi həyat yolu gənc nəsil üçün əsl örnəkdir. S.Qurbanov nəzəri biliklərini hər zaman praktiki fəaliyyətlə uğurla sintez edə bilib.
Milli Məclisin deputatı kimi Sadiq Qurbanov parlamentin ən aktiv və məhsuldar üzvlərindən biridir. Azərbaycanın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə strategiyasına və statusuna uyğun olaraq, ekoloji qanunvericiliyin təkmilləşdirilməsində onun rəhbərlik etdiyi komitə uğrlu layihələrə imza atır.
Sadiq Qurbanovu fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də onun seçiciləri ilə qurduğu səmimi və daimi dialoqdur. O, parlament kürsüsündə rəsmi qanunverici orqanın təmsilçisi olmaqla bərabər, həm də bölgələrdə seçicilərinin yanında olan xalq adamıdır.
“Deputatın ən böyük hesabatı onun seçicilərinin məmnunluğudur.”
Bu prinsipə sadiq qalan dəyərli Millət vəkili mütəmadi olaraq vətəndaşların qəbulunu keçirir, şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin problemlərini diqqətdə saxlayır, onların həlli istiqamətində dövlət qurumları ilə operativ koordinasiya yaradır. Onun humanizm prinsiplərinə söykənən fəaliyyəti insanlar tərəfindən yüksək qiymətləndirilir.
Sadiq Qurbanov bu gün dövlətçiliyə xidmət müstəvisində ömrünün ən məhsuldar dövrünü yaşayır. Onun analitik təfəkkürü, prinsipial vətəndaşlıq mövqeyi və dövlət başçısının siyasi xəttinə sarsılmaz sadiqliyi gələcəkdə də böyük uğurlara imza atacağına zəmanət verir.
Hörmətli Sadiq müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona müstəqil Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə həyata keçirdiyi şərəfli ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayırıq! Doğum gününüz mübarək!

Səməd Vəkilov