Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, xilaskar lider, qurucu dövlət xadimi və istedadın nəhəng simvoludur. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bir milləti, uçurumun kənarından əzmiylə, qətiyyətiylə qurtaran, gücləndirən və yüksəldən böyük bir liderdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu hər gün xatırlanır, hər gün anılır. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, xilaskar lider, qurucu dövlət xadimi və istedadın nəhəng simvoludur. Bir milləti, uçurumun kənarından əzmiylə, qətiyyətiylə qurtaran, gücləndirən və yüksəldən böyük bir liderdir. Unudulmaz liderin ən əhəmiyyətli özəllikləri millətinə olan sonsuz inamı, xalqına olan bağlılığı, yüksək vətənpərvərliyi, cəsurluğu və qətiyyətliliyidir. Ulu Öndər Heydər Əliyev irsini hər zaman anmaq, fəaliyyətini tədqiq etmək, gələcək nəsillərə aşılamaq hər bir azərbaycanlının ümdə vəzifəsidir. Ümummilli lider Heydər Əliyev milli dövlət quruculuğu prosesini inamla həyata keçirmişdir.Ulu Öndər Heydər Əliyev irsini hər zaman anmaq, fəaliyyətini tədqiq etmək, gələcək nəsillərə aşılamaq hər bir azərbaycanlının ümdə vəzifəsidir. Ümummilli lider Heydər Əliyev öz milli və qlobal düşüncə tərzi, bəşəri fəaliyyəti, müdrik və uzaqgörən bir dövlət xadimi omulşdur. Ümummilli lider Heydər Əliyevin unikal liderlik keyfiyyətləri vardır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlamışdır, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Var olsun müdrik Prezidentimiz! Yaşasın Azərbaycan xalqı! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! Bu gün Azərbaycan xalqının hər bir fərdi Sizinlə fəxr edir və millətimiz Prezidentimizə, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdardır! Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Ulu Öndər Heydər Əliyev irsini hər zaman anmaq, fəaliyyətini tədqiq etmək, gələcək nəsillərə aşılamaq hər bir azərbaycanlının ümdə vəzifəsidir.
Azərbaycan 30 ildən artıq müstəqillik dövründə bir çox təlatümlü illərdən keçmiş, çətinliklərə sinə gərmiş və ictimai həyatın bütün sahələrində möhtəşəm uğurlara imza ataraq regionun qüdrətli, sayılıb-seçilən lider dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasındakı yerini inamla qoruyub saxlayır. Azərbaycanın bu gününə böyük strategiya, ümummilli lider Heydər Əliyevin milli maraqlara söykənərək müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası zəmin yaratmış, demokratik, davamlı yeni iqtisadi inkişaf modelinin formalaşması da məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulmuşdur.
Ölkənin ictimai həyatında, siyasi və sosial sahələrdə köklü dəyişikliklər baş vermişdir. Əhalinin gəlirləri davamlı olaraq artmış, dövlət inflyasiyanı nəzarət altına almış, bank-maliyyə, tikinti, infrastruktur, mədəniyyət, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə nəhəng addımlar atılmışdır.
Bizim gücümüzün və qüdrətimizin əsası milli tariximizdir. Şəhidlərimiz bizim ilhamımız, istiqlalalımız , istiqbalımız , qürurumuz, kükrəyən idrakımız , gələcəyimizdir, müstəqilliyimizdir. Şəhidlərimiz hər zaman fəxrimizdir. Şəhidlərimiz bayraqdırlar, qəlbimizin zirvəsində dünya durduqca dalğalanacaqlar. Bu müqəddəs vətənin, bu mübarək xalqın təkcə insanları qazi deyil, çayları da qazi, dağları da qəhrəmandır. Canlarını, qanlarını verdilər, amma vətənlərini vermədilər. Qara torpağın qoynunda qızılgül bağçasına girmiş kimi girdilər. Üçrəngli dövlət bayrağımız uğrunda şəhid olan qəhrəmanlarımıza rəhmət borcumuz təsvir olunmaz və hüdudsuzdur. Qarabağ savaşı, millətimizin vətənpərvərlik, fədakarlıq kimi yüksək keyfiyyətlərinin sərgiləndiyi bir qəhrəmanlıq dastanıdır. 44 günlük Vətən müharibəsi Azərbaycanın ən şanlı səhifələrindən biridir. Prezident İlham Əliyev: Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan , milli tariximizin ən möhtəşəm səhifəsini yaşayır. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq 5 il ötür. Bu münasibətlə istiqlaliyyətimiz, istiqbaliyyətimiz, gələcəyimiz uğrunda gül bağçasına girən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağda qanımızla tarix yazdıq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yazdıq. Bu gün yenə yazacağıq, yenə yazacağıq, yenə yazacağıq. Allah-Taala xalqımızın böyük oğlu, xilaskarı Heydər Əliyevə rəhmət etsin! Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycanın əzəli, əbədi və qədim torpağıdır!Azərbaycan əbədi olaraq yaşayacaq , yaşadılacaqdır və yaşadacaqdır !
Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlər ilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Azərbaycanda müasir demokratik dövlətin əsas məqsədi vətəndaşların mənafeyini qorumaqla onların həyat səviyyəsini daim yaxşılaşdırmaqdır. Bu, dövlətin strateji məqsədidir. Bu gün yeni dövlət idarəçiliyi yanaşması şəffaflıq, hesabatlılıq, vətəndaş yönümlülük, üfüqi təşkilati struktur, rəqabət, səlahiyyətlərin verilməsi və mərkəzsizləşdirmə anlayışlarını xüsusilə vurğulayır.
Azərbaycanda həyata keçirilən siyasi və sosial-iqtisadi islahatlar ölkədə insan kapitalının inkişafına təsir göstərən siyasətin həyata keçirilməsini sürətləndirmiş, bununla bağlı bir sıra strategiyalar və dövlət proqramları qəbul edilmişdir. Azərbaycanda sosial-iqtisadi və digər sahələrdə aparılan islahatların səmərəliliyini təmin etmək, düzgün transformasiya strategiyasını uğurla həyata keçirmək üçün demokratik prinsiplərə əsaslanan dinamik və rasional dövlət idarəçiliyi sistemi yaradılıb, formalaşmışdı. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, köklü dəyişikliklərə başlanılır. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi mühüm islahatlar bu dövrdən başlayaq dövlət qulluğunun formalaşmasına öz təsirini göstərmişdir. Azərbaycanda müasir demokratik dövlətin əsas məqsədi vətəndaşların mənafeyini qorumaqla onların həyat səviyyəsini daim yaxşılaşdırmaqdır. Bu, dövlətin strateji məqsədidir. Bu gün yeni dövlət idarəçiliyi yanaşması şəffaflıq, hesabatlılıq, vətəndaş yönümlülük, üfüqi təşkilati struktur, rəqabət, səlahiyyətlərin verilməsi və mərkəzsizləşdirmə anlayışlarını xüsusilə vurğulayır.
Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Var olsun müdrik Prezidentimiz! Yaşasın Azərbaycan xalqı! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! Bu gün Azərbaycan xalqının hər bir fərdi Sizinlə fəxr edir və millətimiz Prezidentimizə, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdardır! Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
Allah-Taala xalqımızın böyük oğlu, xilaskarı Heydər Əliyevə rəhmət etsin! Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!
Allah şəhidlərimizə rəhmət eləsin!
Vatan Şairi ve Millî Şair Mehmet Âkif Ersoy:
“Sen ki, rûhunla beraber gezer ecrâmı adın;
Sen ki, a’sâra gömülsen taşacaksın…Heyhât,
Sana gelmez bu ufuklar, seni almaz bu cihât…
Ey şehîd oğlu şehîd, isteme benden makber,
Sana âgûşunu açmış duruyor Peygamber.”
Merhum Şairlerimizden Orhan Şaik Gökyay, ‘Bu vatan kimin’ isimli şiirinde ağyarını mani efradını cami ifadelerle şöyle seslenmişti:
‘Bu vatan toprağın kara bağrında,
Sıradağlar gibi duranlarındır.
Bir tarih boyunca onun uğrunda,
Kendini tarihe verenlerindir’
Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent