Gəncə Dövlət Milli Dram Teatrnın direktoru Aqil Bəhramlı və teatrın aktyoru, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov 16-26 may tarixlərində Rumıniyanın Craiova şəhərində keçirilən “ŞEKSPİR” Beynəlxalq Teatr Festivalında fəxri qonaq qismində iştirak edirlər.
Bu barədə “Kanal32”yə Gəncə Dövlət Milli Dram Teatrnın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev bildirib.
Onun sözlərinə görə, “Festival çərçivəsində onlar, Azərbaycanın Rumıniyadakı Fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Craiova Bələdiyyəsinin sədri xanım Lia Olguta Vasilescu, Birmingen Universiteti yanında Stratford – apon – Avon Şekspir (Şeksprin evi) İnstitutunun sədri Michael Dobson, rejissorlar Robert Uilson, Siıvlu Purcarete, Fred Abrahamse, Rumıniyanın Teatrlar Birliyinin sədri Dragon Buhagiar və bir sıra teatr xadimləri ilə görüşlər keçiriblər”.
Anar Ərtoğrul Burcəliyev həmçinin bildirib ki, Festivalın keçirilməsinin nəzərdə tutulan tarixləri çərçivəsində Krayova şəhərinin 7 teatr salonunda keçiriləcək festivalda Robert Uilson, Piter Bruk, Deklan Donnellan, Robert Lepaj kimi dünyaca məşhur rejissorların quruluş verdiyi tamaşalarla yanaşı Rumıniya, ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya, Cənubi Afrika, Polşa, Hon-Kong, Bolqariya, Fransa, Meksika, İspaniya, İtaliya, Almaniya, Ukrayna və Moldova teatrlarının da tamaşaları nümayiş olunur.
“Həmçinin adı çəkilən festivalda ölkəmizi təmsil edənlər sırasında Akademik Rus Dram Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi İlham Məmmədov və rejissor Tural Vaqifoğlu da yer alıb” – deyə Anar Ərtoğrul Burcəliyev bildirib.
Kanal32.az