Mingəçevir polisi liseydə maarifləndirici tədbir keçirib .
Mingəçevir şəhər Polis Şöbəsinin (ŞPŞ) təşkilatçılığı ilə şəhərin Texniki humanitar liseyində Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəhər Polis Şöbəsinin əməkdaşları ilə yanaşı,şöbənin rəisi,polis polkovniki Ədalət Əliyev, liseyin direktoru və təhsil sektorunun müdiri, pedaqoji heyət və şagirdlər iştirak edib.
Mingəçevir ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev çıxış edərək dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın gətirdiyi bəlalardan, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.Eyni zamanda rəis şagirdlərə sosial şəbəkələrdən istifadə edərkən ehtiyatı olmalarını tövsiyə edib.
Ədalət Əliyev vurğulayıb ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir.Polis rəisi gəncləri sağlam həyat yaşamağa və mənəvi kamilliyə, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yaşamağa çağırıb.
Daha sonra çıxış edən polis əməkdaşları narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədən, narkotiklərin insan orqanizminə məhvedici təsirlərindən danışılıb. Həmçinin polis əməkdaşları “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi”barədə şagirlərlə maarifləndirici söhbətlər aparıblar. Qeyd edək ki, yeniyetmələrin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağl Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri, keçirilən təlim-tədris prosesi, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə şagirdlərlə söhbətlər aparılıb,videoçarx nümayiş olunub, onlara ətraflı məlumat verilib.
Sonda şagirdlərin sualları cavablandırılıb.
Esmira Hidayətova,
Mingəçevir