Görkəmli siyasi xadim,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ili ilə əlaqədar elmi-bədii konfransı keçirilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin(MARTİ) Mingəçevir şəhəri üzrə Təhsil sektorunun təşkilatçılığı ilə 13 №-li tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ilinə həsr olunan “Tarix yazan əbədiyaşar lider” adlı elmi-bədii konfransı keçirilib.
Konfransda Mingəçevir şəhər hüquq mühafizə orqanlarının rəhbərləri, MARTİ müdiri Elçin Kərimov, MDU-nun rektoru Şahin Bayramov, Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev, Gənclər İdman İdarəsi, Təhsil sektorunun müdiri Sevinc Həsənova,YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin. Mingəçevir şəhər şöbəsinin rəisi, mayor İlham Zeynalov, media təmsilçiləri,məktəb dirketorları və müəllimlər iştirak edib.
Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini yad ediblər. Daha sonra 13 saylı tam orta məktəbdə keçirilən konfransda iştirakçılar şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. Konfrans Dövlət Himni səsləndirilməsi ilə başlayıb.
Tədbir çərçivəsində Ulu Öndərə həsr edilmiş sənədli filmə baxış keçirilib.Konfransda Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək Ulu Öndərin bir tarixi şəxsiyyət kimi Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışdı. O, qeyd etdi ki, Azərbaycan dövlətinin təşəkkül və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Ulu Öndər Azərbaycanın müasir tarixinin şanlı səhifəsini açmışdır.
Daha sonra tədbirdə çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov,14 saylı tam orta məktəbin tarix müəllimi Afaq Mustafayeva,MDU-nun müəllimi Mirzə Cavadov,YAP Mingəçevir təşkilatının sədri Bəxtiyar Mustafayev,TRHETL –in ingilis dili müəllimi Arzu Təhməzova Ulu Öndərin tarixi xidmətləri ilə bağıı geniş məruzə ilə çıxış ediblər. Qeyd olundu ki, biz Heydər Əliyev irsini öyrənməli və gələcək nəsillərə ötürməliyik.Bildirildi ki, bütün tarixi mərhələlərdə Ulu Öndər hər zaman Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutub.
Tədbrin sonunda Mingəçevir Uşaq Gənclər İnkişaf mərkəzinin şagirdlərinin ifasında şeirləri səsləndirilib, milli rəqsləri nümayiş olunub.
Esmira Hidayətova,
Mingəçevir