Yeniyetməlik dövrü psixologiyada uşaqların inkişafında böhran dövrlərindən biridir. Heç təsadüfi deyil ki, bu dönəmi bəzən insan ömrünün “barıt” dövrü adlandırırlar. Bu zaman bəzi uşaqların ailələrdən uzaqlaşması halları daha çox müşahidə olunur. Əslində yeniyetməlik ruhsal təmizlənmə dövrüdür. Bu dövrdə mümkün qədər ailə uzvləri övladlarına anlayışla yanaşsalar həmin dönəmin daha rahat keçməsinə şərait yaratmış olarlar.
Kanal32.az QHT.az-a istinadla xəbər verir ki, müəyyən zamanlarda yeniyetmə ilə valideyn arasında anlaşılmazlıq da ola bilir. Təbii ki, belə dövrlərdə mütəxəssis dəstəyindən istifadə etməyə ehtiyac duyulur. Son zamanlarda artıq bir çox valideynlər profilaktik tədbir olaraq yeniyetmə övladlarını psixoloq konsultasiyasında olmasını zəruri hesab edirlər. Uşaqlara sevgi və qayğı göstərmək, həvəsləndirmək və kömək etmək lazımdır. Yüksək ünsiyyət və demokratiklik, sevgi və dəstək, tələb və qadağalar birləşərək çalışqan, möhkəm xarakterli, intizamlı, mehriban, bir sözlə xoşbəxt uşaqların formalaşmasına gətirib çıxarır. Valideynlər övladlarının vacib saydığı maraqlarını bölüşməli, onlarla fikir və maraqlarını paylaşmalı, bu məcrada düşünülmüş qayda ilə tərbiyə və təliminin inkişafı, sağlamlıq və mənəviyyatının yüksəldilməsi, həmçinin digər istiqamətlərdə də təsir etməyə çalışmalıdırlar. Lalə qızımızın timsalında bir neçə yeniyetmələr və gənclər valideynlərinin məsləhəti ilə tərəfimizdən təşkil olunan profilaktik müayinələrdə istirak etdilər və konsultasiyadan çox razı qaldılar. Bu günlərdə hər kəs üçün nəzərdə tutulan xeyriyyə tədbiri – “Psixoloji Yardım Ayı” davam edir. Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Psixoloji Yardım Ayı”nın əsas məqsədi xidmətin əlçatanlığını təmin etmək üçün hər kəsin ödənişsiz psixoloji bilik və səriştələrinin birbaşa üsullarla artırılması istiqamətində təlimlər, mühazirələr və konsultasiyaların həyata keçirilməsidir.
Tədbir təcrübəli mütəxəssis, “Sabaha ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, psixoloq Nərminə Cəfərovanın iştirakı ilə aşağıdakı ünvanda keçirilir:
Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” Nəşriyyatının binası, 6-cı mərtəbə, otaq 222. Əlaqə telefonu: 0503223869.