Bu məktəbin“İncəsənət və estetika “həftəsi maraqlı anlarla yadda qalıb-FOTOLAR

Mingəçevir məktəblərində start verilən fənn həftəliyi davam edir.

Məlumat üçün bidirək ki, Mingəçevirin təhsil müəssisələrində müxtəlif fənn həftələrinin rəngarəng şəkildə keçirilməsi şagirdlərin fənlərə marağını artırır, biliklərə daha dərindən yiyələnməsinə kömək edir və bu da şagirdlər arasında peşə seçimini dəqiqləşdirir desək yanılmarıq. Həmçinin həyata keçirilən bu kimi tədbirlərdə şagirdlərin bilik və bacarıqlarının şahidi oluruq. Həftə ərzində məktəbdə silsilə tədbirlər həyata keçirilib.

Martın 11-də isə Mingəçevir11 nömrəli tam orta məktəbdə keçirilən “incəsənət və estetika” həftəsinə şagirdlərin yüksək əhval ruhiyyəsi ilə yekun vurulub. Bu münasibətlə məktəbdə maraqlı tədbir keçirilib. Mingəçevir şəhər Təhsil Sektorunun təşəbbüsü ilə keçirilən tədbirdən öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra tədbirin bədii hissəsinə start verilib.Əvvəlcə səhnəyə rəngarən musiqi nömrələri ilə rəqs edən məktəbli qızlar çıxıb. Daha sonra video çarx və milli filimlərimiz nümayiş olunub. Bu da öz növbəsində şagird və yeniyetmələrin estetik zövqünün, dünyagörüşünün formalaşması və inkişaf etməsinə müsbət təsir göstərib.

Məktəbin balaca fidanları rəngarəng nömrələri ilə çıxış ediblər. Bunulada məktəbdə keçirilən “incəsənət və estetika” həftəsinə uğurla yekun vurulub.Qalib olan şagirdlər mükafatlandırılıb.

Sonda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nahidə Heydərova çıxış edərək əməyi keçən müəllim və şagirdlərə təşəkkürünü bildirib.Tədbirdə Mingəçevir T\hsil sektorunun metodisti Aybəniz Hacıyeva da iştirak edib.    

Esmira Hidayətova

Leave a comment