Kanal32.az-a verilən məlumata görə, bağlanış tədbirində Layihə rəhbəri Təranə Zəkəriyyəyeva 5 ay davam edən layihədə mentorların şagirdlərin intellekt düşüncəsinə, dünya görüşünə uyğun hazırladıqları təlim paketi çərçivəsində şagirdlərə”fiziki və psixi inkişafı”, ” idrak proseslərinin inkişafı”, “ailədaxili münasibətlər və rollar” , “məktəblinin şəxsiyyətinin formalaşması xüsusiyyətləri”, “stressi tanımaq və onu idarə etmək”, “məktəblilərdə hislərin inkişafı” , “məktəblilərdə olimpiyada biliklərinin artırılması” , məktəblilərin peşə istiqamətlərində inkişaf etdirilməsi” mövzularında təlimlərlə yanaşı, onlara şəxsi inkişafı, karyera planlaması və müxtəlif istiqamətlərdə maraqlı oyunlar tərtib etdiklərini vurğulayıb.