Vüsal Mehrəliyev:”Tamaşaçı ilə teatr arasında bir körpü yaratmağı bacarmışıq”-VİDEO+FOTO

Vüsal Akif Mehrəliyev:” Düşünürəm ki, biz Mingəçevir tamaşaçısı ilə teatr arasında bir körpü yaratmağı bacarmışıq”.

Prezident mükafatçısı, tanınmış aktyor və rejissor Vüsal Mehrəliyevin Mingəçevir teatrına baş rejissor təyin olunmasından iki il ötür. Bu müddət ərzində belə demək mümkünsə Mingəçevir teatrı tamaşaçı rəgbəti qazanıb. Bu da teatrda son illərdə hazırlanan tamaşalarla müşahidə olunur.

Düzdür, Mingəçevir teatrı öz sözünü demiş zəngin repertuara malik teatrdı. 55 illik fəaliyyəti dövründə şərəfli tarixi inkişaf yolu keçmiş Mingəçevir teatrının inkişafında son illərdə yeni mərhələ başlamışdır desək yanılmarıq. Bu inkişaf özünü, ilk növbədə, teatırın maddi-texniki bazasının müasir standartlara uyğun möhkəmləndirilməsində, üslub və janr cəhətdən tamaşa nümayişinin təkmilləşdilrilməsində, kollektivin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni tamaşaların hazırlanmasında göstərir.

Bu naliyyətləri daha da artırmaq üçün teatrın rəhbərliyi o cümlədən, rejissor Vüsal Mehrəliyev dayanmadan çalışır. Elə rejissorla müsahibə zamanı çöhrəsindəki yorğunlugu aydın sezmək olurdu. Yeri gəlmişkən onu da qeyd edək ki, baş rejissor təyin edilən Vüsal Mehrəliyev də, öz növbəsində, ona göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edərək, teatra yeni nəfəs vermək üçün əlindən gələni əsirgəməyəcəyini deyir.

Bəs Vüsal Mehrəliyev bu iki ildə nələrə nail olub? Onu öz dilindən eşidək:

Esmira Hidayətova,

Mingəçevir

Kanal32.az