Mingəçevirli kiçik müsiqiçilərdən Bakıda uğurlu çıxış-FOTOLAR

Mingəçevirli şagirdlər Bakıda böyük sənətkarların qarşısında uğurlu ifalar nümayiş etdiriblər.

Kanal32.az-ın məlumatına görə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Bakı Musiqi Akademiyasının doktorantı və elmi işçisi İlahə Qismətin Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına musiqi zalında”Rəngli lövhələr” fortepiano məcmuəsinin təqdimatı çərçivəsində konsert proqramı keçirilıb.

Öncə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-metodiki Mərkəzin şöbə müdiri Nemət Mürsəlov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi,Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova gənc bəstəkar İlahə xanımın yaradıcılıq nailiyyətlərindən danışıblar.

Konsertə dəvət alanlar içərisində Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik musiqi məktəbinin fortepiano müəllimi Zeynəb Həmidova və şagirdləri də olub. Müəllimin şagirdləri İsmayıllı Dərya və Salmanlı Səbinə bəstəkar İlahə Qismətin “Rəngli lövhələr”adlı fortepiano məcmuəsindən”Şirin yuxu”və “Payız nəğməsi”adlı pyeslərini ifa ediblər. Şagirdlərin ifaları iştirakçılar tərəfindən alıqışlarla qarşılanıb.

Daha sonra çıxış edən Zeynəb Həmidova dəvət üçün gənc bəstəkara təşəkkür edib,ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. İlahə Qismət də isə öz növbəsində  mingəçevirli şagidlərə uğurlu çıxışlarına görə “Təşəkkürnamə”təqdim edib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

 

Kanal32.az

Leave a comment