“Vətən şəhidləri” tamaşası nümayiş olunub-FOTOLAR

“20 Yanvar” soyqırım qurbanlarının xatirəsi anılıb.

Kanal32.az xəbər verir ki,Mingəçevir Dövlət Dram Teatrında “20 Yanvar” qurbanlarının əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.


Vüsal Mehrəliyevin rejissorluğu ilə foyedə başlanan tədbir, müəllifliyi, rejissorluğu və ifası Azərbaycan Respublikasının Xalq artisti Ella Yaqubovaya məxsus olan ” Vətən Şəhidləri” tamaşası ilə davam edib .
Tamaşadan sonra şəhidlərimizin ruhuna ehsan verilib.

 

Esmira Hidayətova

Leave a comment