Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin nəticələri müəyyən şübhələr yaradıb.
Kanal32.az “bakupost”a istinadən xəbər verir ki, əvvəlcə ilkin mərhələdə 3 nəfərin seçildiyi elan olunub. Sonra isə nazirlik 13 nəfərlik siyahı yayımlayıb.
Seçkiyə qatılmış bir neçə QHT rəhbəri ilə əlaqə saxlasaq da, onlar məsləylə bağlı danışmaq istəməyiblər. Adının çəkilməsini istəməyən bir iştirakçı isə bunları bildirib:
“Ayın 15-də 3 nəfər ən çox səs toplayan şəxs Şuraya üzv seçilmişdi. Həmin siyahını açıqladılar. Dünən isə başqa bir siyahı açıqlandı. Son siyahıya nəzər salanda açıq-aşkar görünür ki, səs toplaya bilməyən QHT rəbbərləri İctimai Şuranın üzvü olublar”.
Qeyd edək ki, seçkinin ikinci mərhələsində 10 yer uğrunda 34 namizəd mübarizə aparıb. Dünən açıqlanan siyahıya görə, İctimai Şuranın üzvləri aşağıdakı tərkibdə formalaşıb:
1.IDEA İB üzvü- Ağayeva Zərxanım Tofiq qızı
2.“Ekosfera” Ekoloji-sosial Mərkəzin sədri – Sultan-zadə Firuzə Vəhdət qızı
3.“Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İB sədri – Yusifov Elman Fərhad oğlu
4.“Bioloji Müxtəliflik Mərkəzi” İB üzvü- Əsgərov Elşad Köçəri oğlu
5.“Sudan istifadə sahəsində mütəxəssislər” İB üzvü- Məmmədov Amin Fəramiz oğlu
6.“Sağlam həyata doğru” Ekoloji İB İdarə heyətinin üzvü- Abbasov Rövşən Xanış oğlu
7.“Azərbaycan Kartoqraflar” İB sədri- Bayramov Müqabil Tofiq oğlu
8.“Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İB sədri- İsrafilov Zurab Sabir oğlu
9.“Azərbaycan qida və içki sənayeçiləri Assosiasiyası” İB sədri – Dostiyari Emin Nadir oğlu
10.“Azərbaycan Botaniklər Cəmiyyəti” İB üzvü- Abiyev Yusif Tahir oğlu
11.“Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İB sədri- Ağababayeva Tükəzban Nahin qızı
12.“Qırmızı ürəklər” Fondu vitse-prezident- Poladov Yusif Canəli oğlu
13.“Gənclərin tərəqqisinə dəstək” İB üzvü- Kərimli Kənan İnqilab oğlu
Seçkinin ədalətsiz keçirildiyi haqda iddialarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq. O, səsləndirilən ittihamları təkzib etdi:
“Bu ittihamların heç bir əsası yoxdur. Seçki yüksək səviyyədə keçirilib”.
Xatırladaq ki, ETSN yanında İctimai Şura 2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədlə yaradılıb.