İcra başçısı idarə rəhbərlərini sərt şəkildə tənqid etdi-FOTOLAR

Mingəçevir şəhər İcra Hakimiyyəti payız-qış mövsümü ilə bağlı iclas keçirib.Yığncaqda şura üzvüləri KİV nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Kanal32.az xəbər verir ki,iclasını gündəliyinə müzakirə üçün 4 məsələ çıxarılıb:

1.”Şəhər təsərrüfatının, idarə, müəssisə və təşkilatların 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıq vəziyyəti haqqında.”

2. “Mingəçevir şəhərinin istehsal və xidmət sahələri müəssisələrinin 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığı vəziyyəti haqqında.”

3.”Mingəçevir şəhərində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhər sektoru, Gənclər və İdman İdarəsi, mədəniyyət müəssisələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhər şöbəsi tərəfindən aparılan işlərin vəziyyəti haqqında.

” 4. “Aparatın hüquq şöbəsinin əməkdaşlarının 2022-ci il ərzində Məhkəmə proseslərində iştirakının vəziyyəti haqqında”.

Gündəlikdə olan məsələlər müzakirə edilərək hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edildi.

Müzakirələr zamanı icra başçısı İlham İsmayılov şəhərdə görülən işlərlə yanaşı nöqsanların da hələ də aradan qaldırılmadığını vurğulayıb:”Biz çalışırıq ki,harda problemlər var onları həll edək. Görülən işlər var.Amma çatışmayan çəhətlər də var. Mingəçevirdə regionlal idarələrin yerli rəhbərləri işinə ciddi yanaşmır. Ötən ildən olan problemlər hələ də aradan qaldırılmayıb. Mənim qapım həmişə açıqdır,istənilən vaxt probleminiz oldu. ay regional idarələrin rəhbərləri, buyura bilərsiz. Sən qaçıb gizlənməklə,problemin üstünü örtməklə nəyə nail olacaqsan?Özün problemi həll edə bilmirsən, amma insanlar əziyyət çəkir. Sən vəzifənin qorxursundan söz deyə bilmirsən? Sizin problemlərinizin əziyyətini insanlar çəkir, bundan xəbəriniz olsun.Probleminizi həll edə bilmirsizsə, bizə bildirin”.

İcra başçısı təsərrüfat idarələrinin müdirlərinə də ciddi tapşırıqlar verdi.

Esmira Hidayətova,

Mingəçevir

Leave a comment