Mingəçevir Dövlət Dram Teatrı xeyriyyə konserti keçirəcək-FOTO

Mingəçevir Dövlət Dram Teatrı 3 dekabr- Beynəlxalq Əlillər Günü ilə əlaqədar olaraq bayram tədbiri təşkil edir.

Kanal32.az-a verilən məlumata görə” İnteqrasiya” adlanan tədbirdə öncə fiziki məhdudiyyətli şəxslərin əl işlərini nümayiş olunduğu sərgi keçiriləcək. Daha sonra, fiziki məhdudiyyətli şəxslər, teatrın yaradıcı heyəti və sənət adamlarının birgə hazırladıqları konsert proqramı baş tutacaq. Konsert proqramına satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə olunacaq.

Tədbirdə xüsusi bacarığı olan fiziki məhdudiyyətli hərkəs iştirak edə bilər. Bunun üçün Mingəçevir Dövlət Dram Teatrına müraciət edə və ya 0508895949, 0506863396 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

“Qüsur bədəndə deyil, əməldə olur” devzi altında baş tutacaq tədbrin informasiya dəstəyini isə EL Televiziyası və moderator.az saytı həyata keçirəcək.

Kanal32.az

Leave a comment