Bu icra başçıları işdən çıxarılır-SİYAHI

Bir neçə rayonun icra başçısınının yaxın günlərdə dəyişdirilməsi gözlənilir.

Kanal32.az konkret.az-a istinadla bildirir ki, bu ilin sentyabrına qədər 10-a yaxın şəhər və rayonun icra başçısı vəzifəsindən azad ediləcək.

Vəzifəsini itirəcək icra başçıları arasında uzun müddət kreslodan yapışıb qalan məmurlar üstünlük təşkil edir. Məlumatlı mənbənin dediyinə görə, Qubadlı rayonun İcra başçısı Malik İsaqov, Şabranın İcra başçısı Novruz Novruzov, Qaradağın başçısı Süleyman Mikayılov da bu məmurlar arasındadır.
Mənbənin məlumatına görə, vəzifədən gedəcək icra başçılarının bəziləri haqqında hüquqi müstəvidə ciddi ölçü götürüləcək. Sentyabra qədər bir neçə böyük şəhərlərin icra başçılarının da vəzifəsini itirməsi gözlənilir.

 

“Kanal32”nin etibarlı mənbədən əldə məlumata görə vəzifəsi ilə vidalaşacaq icra başçıları içərisində Şəkinin başçısı Elxan Usubov, Bərdənin başçısı Vidadi İsayev, Samuxun başçısı Alı Qocayev, Lənkəranın başçısı Taleh Qaraşov, Ucranın başçısı Mənsur Məmmədov, Xocalının başçısı Şahmar Usubov, Gəncənin icra başçısı Niyazi Bayramov və digərləri də var.