Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir. Narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilib.
Hər bir ölkənin gələcək inkişafında əsas hərəkətverici qüvvəsi olan gənclərin sağlam şəkildə böyüməsi, təhsil alması bütün dövrlər üçün öz aktuallığını qoruyur. Gələcəyimiz bir çox cəhətdən indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.Bəs görəsən gənclərimizi “Narkomaniya” haqqında nə dərəcədə maarifləndirə bilirik?
“Problemin həllinə xidmət edən mühüm addımlardan biri hər zaman qeyd edildiyi kimi, preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır.”
Bu sözləri Narkotizimlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə BiG.AZ – açıqlamasında bildirib.
Onun sözlərinə görə; “Sevindirici haldır ki, bugün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii olaraq müsbət nəticələrini göstərməkdədir.
Bu ağ ölüm bütün dünyanı ağuşuna alıb və ümumbəşəri bir problemdir. Narkamaniya sağalmaz yaradır hansı ki, insanların iradəsizliyinin nəticəsində yaranır. Günümüzdə cəmiyyətdə xüsusəndə gənclər arasındabu bəla ilə çox rastlaşırıq. Baxmayaraq ki, bu halların qarşısını almaq üçün ölkəmizdə çox ciddi addımlar atılıb və atılmaqdadır.
Ətrafda olan insanların təsir gücü çox önəmlidir. Günümüzdə narkomaniya ilə bağlı maarifləndirici tədbirlər çox geniş şəkildə aparılır.Narkomniya hüquqi cəhətdən cinayət, tibbi cəhətdən isə sağlamlığa zərər yetirməkdir.
Narkomaniyaya qurşanmış insanlar öz sağlamlığını itirmiş insanlardır.Artıq bu sahə ilə bağlı vizual mübarizə metodlarından çox geniş istifadə olunur.Nəzərə alsaq ki, gənclər günün bir qismini vizual aləmdə keciri və bu səbəbdən də vizual mübarizə daha çox nəticə verə bilər.
Respublikamızda narkomaniyaya qarşı mübarizə ilə bağlı dövlət komissiyası fəaliyyət göstərir . Azərbaycanın bir çox yerində bu dövlət komitəsinin üzvləri gənclərlə görüşlər kecirirlər. Bu istiqamətdə nə qədər maarifləndirmə işləri görülərsə bir o qədər də xeyri olar”