Mahir Qurbanov Beynəlxalq “Golden Palm Awards” mükafatına layiq görülüb-FOTO

Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin sədri,plotoloq Mahir Qurbanov Beynəlxalq “Golden Palm Awards” – “Qızıl Palma” mükafatına layiq görülüb.

Kanal32.az-a verilən məlumata görə,”Abşeron Marriott” otelində keçirilən qala gecəsində cəmiyyətin müxtəlif sahələrində uğur qazanan insanların mükafatlandırılıması mərasimi keçirilib.

Beynəlxalq “Golden Palm Awards” mükafatlandırma gecəsində mükafatlandırılanlar sırasında Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin sədri, Mahir Qurbanov da yer alıb. O, ilin ispan dili və ispandilli ölkələr üzrə eksperti kimi bu mükafata layiq görülüb. Beynəlxalq layihə hazırda Amerika Birləşmiş Ştatları, Meksika, Fransa, Türkiyə və s. ölkələrdə keçirilir.

Qeyd edək ki, Mahir Qurbanov müxtəlif beynəlxalq konfranslarda Azərbaycanı təmsil etmək məqsədilə iştirak edir və ispandilli KİV – lərində çıxışlar edir və o, Azərbaycançılıq ideologiyasının və lobbiçiliyin bütün ispandilli ölkələrində təbliğatçısıdır.

KANAL32.AZ