Tarixçi alimin məqaləsi Türkiyənin 70-dən çox sayt və qəzetində yayımlanıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə yazdığı “Azərbaycan Ordusunun tarixinə bir baxış” adlı məqaləsi Türkiyənin 70-dən artıq sayt, qəzet və informasiya agentliyində nəşr olunub.

Kanal32.az xəbər verir ki,bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, bu sırada turknewsgazetesi.com, 1453kralmedya.com, ekonomikgazete.com, efsanegazete.com, yeniekipgazetesi.com, sunucugazetesi.com, globalgazetesi.com, gorevgazetesi.com, orduhakimiyet.com və s. kimi saytları qeyd etmək olar.

Məqalədə Sübhan Talıblı Azərbaycan Ordusunun qəhrəmanlıq, mübarizlik və döyüş təcrübəsi ənənələrinin çox qədim və zəngin bir tarixinə nəzər salıb, Azərbaycan tarixində Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar dövlətlərinin ordu quruculuğu və apardıqları döyüşlərin hərb tariximizin şanlı səhifələri olduğunu bildirib. Bundan başqa, Sübhan Talıblı Azərbaycan Ordusunun Cümhuriyyət, II Dünya və Birinci Qarabağ müharibələri, sovet və müstəqillik dövründəki fəaliyyəti haqqında ətraflı məlumat verib. Məqalədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasəti, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəmlənən Azərbaycan Ordusunun strukturu, hərbi təhsil, ordumuzun beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı haqqında məlumat verilir. Həmçinin məqalədə Azərbaycan Ordusunun bu gün bölgədə və dünyada inkişaf etmiş ordular sırasında özünə layiqli yer tutması və s. məsələlər haqda məlumatlar öz əksini tapıb.