Bakıda “Qlobal Sülh Zənciri” təşkilatı tərəfindən “Qlobal Sülh Sammiti”nin açılışı mərasimi baş tutub.
“Diaspornews.az” xəbər verir ki, dünyanın 35-dən çox ölkəsindən Bakıya toplanmış gənclər, dünyada kı olan qlobal problemləri, müharibədən sonra yaranan sülh imkanlarını və şəxsi sülh təşəbbüsləri haqqda çıxış edib, panel diskussiyalarda iştirak etdilər.
Qlobal Sülh Zənciri (Global peace chain) – dünyanın ən öndə gedən QHT-lərindən biri olaraq, məqsədi gənclər, diplomatlar, səfirlər, nüfuzlu icma qrupları,icma əsaslı təşkilatlar vasitəsilə bütün dünyada tolerantlıq, inklüzivlik və sosial sülhün qurulması mədəniyyətini inkişaf etdirməkdir. Bundan əvvəl sammitə İstanbul, Dubay, Yoxannesburq kimi şəhərlər ev sahibliyi etmişdir.
“Global Peace Chain”-nin təsisçiləri Kamran Zafar və Muhammad Ahmad öz çıxış nitqlərində belə çətin və müharibəkərlə dolu bir zamanda sülhün vacibliyindən danışıblar. Bildiriblər ki, hər bir insan sülh quruculuğuna töhfə verə bilər. Onlar həmçinin Cənubi Qafqaz regionunda ölkələr arasında əməkdaşlığı daha da gücləndirməyə çağırıblar, sülh prosesində gənclərin rolunu yüksək qiymətləndiriblər.
Açılış mərasimində Milli Məclisin deputatı Vüqar İskəndərov, postmünaqişə dövründə regionda yaranmış yeni reallıqlardan bəhs edib, Azərbaycanın həmişə sülhə açıq olduğunu və buna töhvə verdiyini söylədi. Həmçinin Azərbaycan və Ermənistan arasında Azərbaycanın sülh üçün hansı addımları atdığını və burada gənclərin rolunu xüsüsi vurğulayıb.
Araşdırmaçı-jurnalist Fuad Hüseynzadə dünya mediasının sülh üçün verməli olduğu töhfələrlə bağlı çıxış edib.
Qeyd edək ki, Sammit 31 may tarixində yekunlaşacaq.