İİTKM və TDT-nin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” baş tutub.
KANAL32.az-a verilən məlumata görə,İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Türk Dövlətləri Təşkilatının Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilib.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunmuş konfrans qlobal iqtisadi transformasiyalar fonunda Türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və institusional əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.
Konfransın açılış mərasimində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı təqdimatla çıxış edib. Təqdimatda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialı və əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb.

Sonra Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Milli Məclisin sədr müavini Musa Qasımlı, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu çıxış ediblər.

Konfransın proqramına “Regional inteqrasiya və infrastruktur əsaslı inkişafın sürətləndirilməsində Orta Dəhlizin rolu”, “TDT-yə üzv dövlətlər arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: mövcud trendlər və istifadə olunmamış imkanlar” və “Dayanıqlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya” mövzularında üç panel daxil edilib.
Panel sessiyalarında 10-a yaxın ölkədən 30-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış ediblər.
PANEL 1: Orta Dəhlizin regional inteqrasiyada rolu
PANEL 2: Türk dövlətləri arasında ticarət və iqtisadi əlaqələr
PANEL 3: İnnovasiya və iqtisadi transformasiya







