Nazirlər Kabinetinin yeni tərkibi rəsmən təsdiqləndi-SİYAHI

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.

Kanal32.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər:
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev;
Azərbaycan Respublikasının Daxili İşlər naziri – Vilayət Süleyman oğlu Eyvazov;
Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
Azərbaycan Respublikasının Elm və Təhsil naziri – Emin Eldar oğlu Əmrullayev;
Azərbaycan Respublikasının Energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
Azərbaycan Respublikasının Gənclər və İdman naziri – Fərid Fazil oğlu Qayıbov;
Azərbaycan Respublikasının Xarici İşlər naziri – Ceyhun Əziz oğlu Bayramov;
Azərbaycan Respublikasının İqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov;

Azərbaycan Respublikasının Maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
Azərbaycan Respublikasının Mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli;
Azərbaycan Respublikasının Müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev;
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev;
Azərbaycan Respublikasının Səhiyyə naziri – Teymur Yusif oğlu Musayev;
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova;
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov;
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev;
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev;
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov;
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov;
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov;
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov.