Millət vəkilindən İcbari tibbi sığorta ilə bağlı açıqlama

2023-cü ildə hökumətin uğurlu fəaliyyəti respublikamızın sosial-iqtisadi sferasının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsidə də öz müsbət nəticələrini göstərib.

Kanal32.az xəbər verir ki, bunu deputat İlham Məmmədov parlamentdə hökumətin 2023-cü ilinin fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Prezidentin səhiyyədə əlçatanlığın təmin edilməsi məqsədi ilə icbari tibbi sığortanın tətbiqi ilə bağlı yürütdüyü siyasət nəticəsində bu sahədə ciddi uğurlara imza atılmaqdadır:

“İcbari tibbi sığortanın qısa müddətdə tətbiq olunmasına baxmayaraq. Bu sahə ilbəil inkişaf etməkdədir və bu proses davam etməkdədir”.

Deputat əlavə edib ki, bu sahədə görülən işlərin nəticəsi olaraq əhalinin daha bahalı tibbi xidmətlərə əlçatnalığını təmin etmək məqsədi ilə icbari tibbi sığorta zərfinə daha 775 adda yeni xidmətlər əlavə etməklə bunun sayı 3315-ə çatıdırılıb:

“Bu zaman daha çox bahalı tibbi xidmət sahələri əlavə edilib. Bura böyrək, qara ciyər, sümük iliyinin transplantasiyası, beynin xoş xassəsli şişləri, ürək qapaqlarının dəyişdirilməsi, bud çanaq endoprotezləri, vətər əzələ köçürmələri və sair kimi bahalı xidmətlər əlavə edilib. Burada da əas məqsəd əhalinin aztəminatlı və həssas sosial təbəqəsinin səhiyyə xidmətlərinə əlçatnalığını təmin etmək məqsədi daşıyır. Bu da dövlətin öz vətəndaşına diqqət və qayğısının ən bariz nümunəsidir. biz buynu 2023-cü ildə hökumətin gördüyü uğrulu ilərin nəticəsi hesab edə bilərik. Əminəm və inanıram ki, icbari tibbi sığorta sisteminin daha effektiv tətbiqi sahəsində bundan sonra da hökumət tərəfindən ciddi addımlar atılacaq. Bununla da səhiyyəyə əlçatanlılıq daha da asanlaşacaq, vətəndaş məmnunluğu təmin olunacaq”.

Deputat çıxışı zamanı həmçinin təmsil etdiyi Yevlax rayonundakı problemləri dilə gətirərək onların həlli istiqamətində hökumətin müvafiq tədbirlər görməsini seçiciləri adından xahiş edib. O qeyd edib ki, Yevlax da Azərbaycanın digər bölgələri kimi inkişaf edir, amma bununla belə müəyəyn problemlər də mövcuddur:

“Bunlardan biri isə sakinləri bu gün ən ciddi narahat edən Yevlax şəhərini iki yerə bölən Bakı-Tbilisi dəmir yolunun 251-ci kilometrində 1987-ci ildə tikilmiş dəmir yolu keçidi, dəmir yolunun rekonstruksiyası zamanı həmin keçidin sökülərək ləğv edilməsidir. Keçidin ləğv edilməsi nəticəsində Yevlax şəhərinin Aeroport, Şəkitayı, Çənlibel yaşayış massivlərində yaşayan səkkiz mindən artıq insanın şəhər mərkəzi ilə əlaqəsinda ciddi problemlər yaranıb. Adı çəkilən massivlərdə yaşayan insanlar dəmiryolunun şəhər istiqamətinə keçməsi üçün 8 km məsafəlik bir yol qət etmək məcburiyyəti qarşısında qalırlar. Bu da insanların əlavə vaxt itkisinə səbəb olmaqla yanaşı, dəmir yolunda keçid olmadığından həmin yolu keçmək istəyənlərin həyatına ciddi təhlükə yaradır. Bu da sakinlərin haqlı narazıçılığına səbəb olur. Bu problemi dəmir yolunun həmin ərazidən keçən hissəsində yerüstü keçid və ya yeraltı avtomobil tuneli və piyada keçidi salmaqla problemi həll etmək olar. Hökumətdən bu məsələnin həllini diqqətdə saxlamağı xahiş edirik. Ümid edirik ki, hökumət tez bir zamanda bu məsələni həll etməklə 8 mindən artıq insanın rahat, təhlükəsiz və vaxt itikisinə yol vermədən gediş-gəlişini təmin edəcək.

Hesab edirəm ki, bu elə də bahalı bir layihə deyil. Lakin bununla təkcə 8 mindən artıq Yevlax sakininin problemini həll edib sevinc bəxş etmirik. Bu həm də o yoldan istifadə edəcək minlərlə insanın sevincinə səbəb olacaq. Əminəm ki, hökumət bu məsələni tez bir zamanda həll etmək üçün konkret tədbilər görəcək”.

versus.az