İyulun 5-də Texnika elmlər doktoru, dosent Kazımov Musa İsmayıl oğlunun 76 yaşı tamam oldu.
Əslən Kəlbəcər rayonunun Yuxarı Qılınclı kəndindən olan Musa müəllim uzun illər B.Sərdarov adına Maşınqayırma zavodunda baş mühəndis, direktor müavini vəzifələrində çalışmış, kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Bununla yanaşı Musa müəllim Azərbaycan Dövlət Neft və Sənaye Universitetində materiallar müqaviməti kafedrasının müdiri vəzifəsində çalışmış, ölkəmizdə neft mühəndisliyi elminin inkişafında əvəzsiz töhfələr vermiş, gənc nəslin bu sahədə əsl mütəxəssis kimi yetişməsində böyük əmək sərf etmişdir. Musa müəllim həmçinin öz elinə- obasına bağlı, saz- söz vurğunu, gözəl ailə başçısıdır.
Qızı Kazımova Mehparə Musa qızı ölkəmizdə səhiyyə və tibbi sığorta sistemlərində müxtəlif rəhbər vəzifələrdə çalışmış, tibb üzrə fəlsəfə doktorudur. Oğlu, Kazımov Azər Musa oğlu isə ölkənin dəmiryolu və nəqliyyat sistemində çalışan təcrübəli mühəndisdir.
Kəlbəcər elinin dəyərli ziyalı oğlu, hörmətli Musa müəllimə yeni yaş günündə can sağlığı arzulayır, təbrik edirik.
Azərbaycan elminin inkişafındakı xidmətlərində uğurlar arzulayır, daim əzizlərinin əhatəsində olmağı diləyirik.