Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir.
Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meylliliyi güclənir və hətta öz peşəsinin mütəxəssisinə də çevrilə bilir. Peşənin insan həyatında rolu yüksəkdir. Peşə insanın gələcəyini təmin edir. Ona görə də hər kəs peşə seçərkən düzgün seçim etməlidir.
Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi 2018-2019-cu tədris ilindən etibarən “ASAN PEŞƏ ” təhsil mərkəzində fəaliyyətini davam etdirir .Bu günlərdə məktəbin direktoru Lalə Zöhrabzadə ilə görüşüb “ASAN PEŞƏ”nin fəaliyyəti ilə yaxından tanış olduq.Məktəb haqqında geniş məlumat verən direktor qeyd etdi ki, tədrisi aparılan “Geyim üzrə dizayner”,”Dərzi”, Elektrik avadanlıqlarının xidmət və təmir üzrə elektrik montyoru” və.s. kimi ixtisaslara tələbat olduqca çoxdur.Tələbələr seçdikləri peşələrə həvəslə yiyələnməyə çalışırlar.İstər nəzəri,istərsə də təcrübi dərslərdə ixtisaslar üzrə çoxillik təcrübəyə malik müəllimlər tələbələrə peşənin sirlərini öyrədirlər.Təhsil almaq üçün yaş məhdudiyyəti olmadığı üçün,ümumi orta və ya tam orta təhsilini başa vurmuş hər bir kəsin təhsil almaq imkanı var. Belə ki, təhsilalanların arasında 16 yaşdan 50, hətta 60 yaşa qədər olanlar da var .Orta yaşlı tələbələr daha çalışqan tələbələrdir və öz istedadlari ilə seçilir.Onlar məktəbin ictimai fəaliyyətində yaxından iştirak edirlər.
Direktor onu da vurğulayıb ki,növbəti tədris ilində ümumi orta təhsil bazasından “Tikiş avadanlıqlarının operatoru,tikişçi”,”Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis”, tam orta təhsil bazasından “Proqramla idarə olunan dəzgahların operatoru”,Çilingər-santexnik”, ixtisasları üzrə tələbə qəbulu nəzərdə tutulub: “Peşə seçib karyera qurmaq istəyən gəncləri məktəbimizdə görməkdən məmnun olarıq.
”ASAN PEŞƏ”mərkəzində şagirdlər üçün hər cür müasir şərait yaradılıb. Tikiş emalatxanasında gənclərin dərzilik peşəsinə çox maraqla,həvəslə qatıldıqlarının şahidi olduq. Öz peşəsinin vurğunu olan 45 ilin müəllimi Tahirə Həşimova deyir ki, bu peşə üçün sözsüz ki, hövsələ və istedad mütləq lazımdır. Bəlkə də elə əziyyətli və çətin iş olduğu üçün çoxları bu sənətin arxasınca getmir. Əvvəllər kimdən soruşsan ki, bu paltarı haradan almısan, deyərdi ki, filan dərziyə tikdirmişəm. Artıq dərzilərə üz tutanların sayı barmaqla sayılacaq qədər azalıb.Amma sağ olsun dövlətimiz gənclərimiz üçün yaratdıqları asan peşə mərkəzi yaradıldıqdan sonra bu peşənin seçənlərin sayı artdı.Gənclər çox böyük həvəslə peşəyə üz tutur.Biz də bir müəllim kimi öz bilik və bacarıqlarımızı onlara aşılayırıq.Bu ildən artıq 2 illik geyim üzrə dizayner qrupunu götürmüşəm.
Müəllimin sözlərinə görə bu ilki uşaqlarım çox fəaldılar,hətta bu peşəyə oğlanlarda müraciət edir. Hazırda 18 tələbəmiz var . Fəal uşaqlarımızdan Ofelya, Gülər,Təranə,Nurlanə,Tunar,Aynur,Aygün,Şəbnəm,Aysu ən fəal tələbələrimizdir.Onlar hətta maniken üzərində daha sərbəst işləyə bilirlər. Yəni bu peşəyə çox həvəsləri var. İnanıram ki,gələcəkdə onlar peşəkar dərzi kimi formalaşacaqlar. Hətta bizim yaşlı xanım tələbələrimizdə olub. Hazırda 44 yaşlı Aynur xanım maniken üzərində həddindən artıq çox gözəl əl işləri görür.
Tahirə xanım tələbələri istehsalat təcrübələrinə aparmaqda çətinlik çətdiklərini bildirdi.Şəhərdə iri dərzi müəssisələrin olmadığına görə özəl kiçik dərzi sexlərində təcrübələr keçirlər. Peşə təhsilini bitirdikdən sonra bu sənəti əzmkarlıqla qət edərək, uğurlu bir dərziyə çevrilmək istəyi olan gənclərlə də həmsöhbət olduq. Kimisi bu peşəni valideyinlərinin arzusu ilə seçdiyini,kimisi uşaqlıq arzusu olduğunu dedi. Gənc xanımlar onu da dedilər ki,artıq mağazalardan bahalı geyimlər almırlar.nə özlərinə,nə də övladlarına.Çünki bir peşəkar dərzi kimi övladlarına,özlərinə paltarlar tikirlər.
Qeyd edək ki,Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzi – Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi layihədir. 2018-2019-cu il tədris ilindən fəaliyyətə başlayıb.Məhz “Asan Peşə”təhsil mərkəzi fəaliyyətə başladığı gündən gənclərin-yeniyetmələrin düzgün peşə seçim etmələrində böyük rol oynayır.
Esmira Hidayətova,
Mingəçevir