8 Noyabr-Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin kollektivi, hərbiçilərin, qazilərin və döyüşçülərin iştirakı ilə bayram tədbiri keçirib.
Kanal32.az xəbər verir ki, tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyev onun adını daşıyan Mərkəzinin önündə ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlullarının məzarları ziyarət olunub, onların ruhuna hörmət və ehtiramlarını ifadə ediblər.
Həmçinin,Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Sadiq Əliyev bir qrup şəhid valideynləri ilə görüş də keçirib, onlara öz minnətdarlığını bildirib. Bayram tədbiri çərçivəsində Vətən müharibəsində igidliklə vuruşan bir qrup şəhidlərimizin ailələrinə, qazilərə və döyüşçülərə medallar təqdim olunub. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Kanal32.az