Budur ədalət, Budur haqq! Doğulduğum gündən insalara yaxşılıq, mərhəmət, humanizmlə yanaşma tərbiyəsi aldım.
22 yaşımdan əmək fəalliyyətinə Azərbaycan Dillər Universitetindən başladım. 27 yaşımda üzərimə böyük məsuliyyət götürüb, bağçamıza üz tutan bütün uşaqlara ana məhəbbəti, ana qayğısı göstərdim. 11 illik BUTA bağçanın fəalliyyəti dəyərli valideynlər tərəfindən yüksək qiymətləndirildi, mənə sayqı və sevgi göstərildi. Lakin bizə qarşı qərəzli mövqedə olan böhtançı ilə qarşılaşmağımız bizi nə ruhdan saldı, nə də işimizə olan sevgimizi azaltdı. Haqqlı olduğumuzu sanıb yanımızda olan hər kəsə bağçamızın məzun valideynlərindən tutmuş, hazırki dönəmdə BUTA bağçanı seçən fidanların valideynlərinə, haqq işimizlə bərabər olan bacı və qardaşlarımıza, obyektiv jurnalistlərə və Hüquq Mühafizə Orqanlarına BUTA uşaq bağçasının kollektivi adından təşəkkürümü bildirirəm. Necə demişdiksə elə də oldu. Haqq incəlsə də üzülmədi.
Böyük sayqı bəslədiyim humanist dəyərlərə söykənərək Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinin qərarı ilə kifayətləndim və digər huquqi addımların atılmasına ehtiyac duymadım.
Uca Tanrı əfv edənləri sevir!
Günay Ağamalı