Yevlaxda Milli Qəhrəmanın evi əsaslı təmir olunub-FOTOLAR

Milli Qəhrəman, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Yevlax rayonunun Havarlı kənd sakini Malik Əsədovun evi əsaslı təmir edilərək şəhidin ailəsinə təhvil verilib.

Kanal32.az xəbər verir ki, təmir işləri Milli Qəhrəmanın qızı Günel Ələkbərovanın mənzilinin şəraitsiz olması ilə bağlı icra hakimiyyətinə müraciəti əsasında aparılıb.

Evdə aparılan əsaslı təmir işləri ilə tanış olan Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, şəhidlərimizin xatirəsi həmişə əziz tutulur, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşılır. Bu, həm də hər kəsin vətəndaşlıq borcudur. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısı hər birimiz üçün nümunədir.

Şəhidin qızı Günel Ələkbərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından minnətdarlığını bildirib.

/azertac/