Deputat İlham Məmmədov iki kəndin ortaq probleminin həllinə dəstək oldu

Milli Məclisin deputatı İlham Məmmədov Yevlax rayon Yuxarı və Aşağı Qarxun kəndlərinin sakinləri ilə görüş keçirib.

Kanal32.az-ın məlumatına görə,qəbula gələn vətəndaşlar şəxsi məişət problemləri ilə yanaşı, hər iki kəndin ərazisini əhatə edən və uzun müddətdir ki, mübahisəli məsələyə çevrilən əkin sahələrinin suvarılması üçün yaranan problemlərini deputatın diqqətinə çatdırıblar. Qeyd edilən məsələ ilə əlaqədar deputat İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun Suvarma Sistemləri İdarəsinin nümayəndələri və kənd sakinlərinin iştirakı ilə geniş müzakirələr aparılıb və məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

Hər iki kəndin sakinləri suvarma sahəsindəki mübahisəli problemin həll olunmasına görə Milli Məclisin deputatı İlham Məmmədova öz minnətdarlıqlarını bildiriblər.