“Xüsusilə, qızların təhsilinə ailələr çox diqqət etmədikləri üçün və yaxud da ali təhsilə, diploma cehiz kimi baxdıqları üçün o qızlar təhsilli olsalar belə, əmək bazarında kişilər qədər iştirak etmirlər.”
Əkinçinin növbəti qonağı gender və inkişaf eksperti Şəmsiyyə Mustafayevadır. Onunla qadınların hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan addımlar haqqında danışmışıq.
Qonağımızla bu yaxınlarda Gürcüstanda yaşayan azərbaycanlı ailədə azyaşlı uşağın evləndirilməsi ilə bağlı olan qalmaqaldan da danışdıq. Şəmsiyyə inanır ki, oğlanın və ya qızın ailəsini günahlandırmaqla bu problemə həll tapmaq mümkün deyil, bunun üçün daha köklü dəyişikliklər lazımdır.
Şəmsiyyə sonda onu bildirdi ki, bu sahə üzrə həm dövlətin, həm də qeyri-hökumət təşkilatlarının görməli olduqları çox iş var. Bu istiqamətdə kiçik bir xoş yenilik isə budur ki, zorakılığa məruz qalan qadınlar üçün BMT-nin Əhali Fondu və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qaynar xətt yaradılıb. Zorakılığa məruz qalmış qadınlar 860 nömrəsinə yığmaqla peşəkarlar tərəfindən yardım və dəstək ala bilərlər.
/akinchi.org/