27 Sentyabr Zəfər Tarixinin Başladığı Gün Can Atavatanım Azerbaycanım.!

Dünyanın müasir hərb tarixində qısa müddətdə, cəmi 44 gün ərzində geniş miqyaslı və siyasi əhəmiyyətli qələbənin qazanılması xalq, dövlət və ordunun birgə harmoniyasından irəli gələn amildir.
Topraklarımız işgalden kurtuldu.

Bu Savaş zamanı qəhrəman əsgərlərimiz dastan yazdılar, düşməni ağır məğlubiyyətə uğratdılar. Azərbaycan Ordusunun təzyiqləri qarşısında duruş gətirə bilməyə düşmən Şuşa, Cıdır Hakkı, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Zəngilan, Qubadlı Tərtər, Gəncə, Bərdə və digər bölgələrdə ağır terror aktları həyata keçirərək, onlarla mülki şəxsin ölümünə, yaralanmasına, yaşayış yerlərinin, obyektlərin dağıdılmasına səbəb oldu ve bir daha inmeyecek.

Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən xalqımız bir addım belə öz haqlı mübarizəsindən geriyə çəkilmədi.
Cənab Prezident İlham Əliyevin də, dəfələrlə vurğuladığı kimi müasir silahları, texnikanı idarə edən insandır. Əgər bu qəhrəman ruh, bu igid, mərd xalqımız olmasaydı biz qələbəni də qazana bilməzdik. Məhz bu, səbəbdən biz şəhidlərimizə minnətdarıq.
Ölkə başçısının ötən il dekabrın 2-də imzaladığı sərəncamla hər ilk 27 sentyabrın Anım Günü kimi qeyd olunmasına qərar verilib.

Hələb Türkmən Həkimlər Birliği olarak bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir,Qazilərimizə Allahtan şifa diliyoruz. Yaralılarımıza Allahdan şəfa diləyir, Qəhrəman Can Ata Vatan Azərbaycanın Ordumuza hər zaman Zəfər arzulayır.

Xalqımızın qəlbində əbədi olaraq yaşayacaqsız əziz Şəhidlər.
Sizi unutmadıq və unutdurmarıq!

Eşq olsun qalib Ali Baş Komandanımıza və Yaşasın Müzəffər Ordumuza.

Dr.Muhtar Fatih BEYDİLİ
Halab Türkmen Hekimler Birliyinin sədri

#DəmirYumruq #QarabağAzərbaycandır