İran mətbuatında Sübhan Talıblının Ağdaban soyqırımı ilə bağlı məqaləsi dərc olunub

ŞƏRQŞÜNAS ALİMİN AĞDABAN FACİƏASİ İLƏ BAĞLI MƏQALƏSİ İRANDA ÇAP OLUNUB.

AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədovun Kanal32.az-a verdiyi məlumata görə,AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının 8 aprel 1992-ci il Ağdaban soyqrımı ilə bağlı məqaləsi İran İslam Respublikasında nəşr edilən “Xudafərin” jurnalının növbəti sayında dərc olunub.

Məqalədə 1992-ci il aprel 8-də Ermənistan silahlı birləşmələrinin Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban kəndində törətdikləri soyqırımdan bəhs edilir. Qeyd edilir ki, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni qüvvələri tərəfindən tamamilə yandırılmış, kəndin 779 nəfər sakininə işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.