Həm hərb meydanının, həm də informasiya savaşının QALİB LİDERİ

Prezident Azərbaycanı informasiya savaşında da qələbəyə aparır

Bəli, son 18 il ərzində bütün sahələrdə qələbə qazanan Azərbaycan 44 gün davam edən İkinci Vətən Müharibəsi dövründə bizi qələbələrə aparan əsas faktorlardan biri möhtərəm Prezidenti 44 günlük savaş zamanı dünyanın 30-a yaxın mediasına çoxsaylı müsahibələr verdi, bir çox beynəlxalq tədbirlərdə etdiyi çıxış və bəyanatları ilə Qərb ictimai rəyində Azərbaycanın xeyrinə dönüş yarada bildi. Hətta qərəzli suallar qarşısında, sözün əsl mənasında, siyasi liderlik dərsi keçən Prezident Əliyev özünün hazırlıqlı siyasətçi olduğunu sübuta yetirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini konkret faktlarla ortaya qoydu, bütün dünyaya çatdırdı.

Müharibədən sonra 50-dən çox yerli və xarici media nümayəndələrinin iştirak etdiyi və 4 saatdan çox davam edən mətbuat konfransında isə Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə – Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırdı. Hətta Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında bildirdi ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirdi. Bu, Ali Baş Komandanımızın sərrast fikirləri və mükəmməl diplomatiyası idi. Ümumilikdə, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Ali Baş Komandan xarici mediada hücum diplomatiyası sərgiləyərək tarixi həqiqətlər, Dağlıq Qarabağ münaqişəsinə dair vacib hüquqi və siyasi məqamlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Onun gərgin əməyi və uğurlu informasiya siyasəti sayəsində dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsi təmin edilib.

Dövlət başçısının dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələrdə təkcə erməni yalanları ifşa edilməyib, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyaları da iflasa uğradılıb. Qeyd edək ki, indiyə qədər Azərbaycan tərəfdən heç bir müsahibə, açıqlama, nitq, video, çıxış xarici mediada bu qədər izlənilməyib. İndi isə, artıq izlənilir. Cənab Prezidentin sayəsində. Yəni, məlum faktın özü yetərincə böyük göstəricidir və bu, Azərbaycana və onun Liderinə olan xoş münasibətin növbəti göstəricisidir.

Bir sözlə, dövlət başçısının həm müharibəni gedişində, həm də sonra beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişməyi necə bacardığının hər kəs şahididir. Mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı ilə Azərbaycan Prezidenti aydın göstərir ki, Azərbaycan iqtidarı dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə konseptual yanaşır. Bu amil demək olar ki, dünyanın bütün aparıcı media orqanları tərəfindən vurğulanır.

Xüsusilə də, Prezident İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsi də əvvəlki müsahibələri kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi beynəlxalq aləmdə böyük əks-səda doğurub. Dövlət başçısı bu müsahibə zamanı bir daha Ermənistana və onu silahlandıranlara növbəti xəbərdarlıq etməklə Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirdi.

Prezidentin “CNN Türk” telekanalına müsahibəsi – Azərbaycanın qətiyyətli mövqeyini nümayiş

Prezident İlham Əliyev “CNN Türk” telekanalına müsahibəsində Ermənistana və onu silahlandıranlara xəbərdarlıq etməklə Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirdi. Prezident İlham Əliyev müsahibəsində 2020-ci il 10 noyabr razılaşmasından sonra regionda baş verən bəzi xoşagəlməz hallara münasibət bildirərək, sülh və yenicə formalaşmaqda olan birgə əməkdaşlıq mühitinə zərər verən tendensiyalardan narahatlığını ifadə etdi. Ermənistanın son zamanlar qeyri-konstruktiv hərəkətlərinə, bu ölkəni silahlandıraraq Qarabağda və Azərbaycanla sərhəd zonasında təxribatlar törətməyə, atəşkəsi pozmağa təhrik edən qüvvələrə də açıq və aydın şəkildə mesajlar verdi. Prezident İlham Əliyev, eyni zamanda, Rusiyanın Ermənistanı silahlandırması, Rusiya sülhməramlılarının üçtərəfli Bəyanatının prinsiplərinə tam riayət etməməsi, Azərbaycanın müharibə istəmədiyi, lakin zərurət yaranacağı halda yenidən müharibəyə başlaya biləcəyinə dair fikirləri ilə siyasi auditoriyaya açıq mesajlar ünvanladı. Qarabağda sülhün qorunmasını təmin etməli olan Rusiya sülhməramlılarına xəbərdarlıq ünvanladı.

“Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatla onun üzərinə düşən bütün müddəaları yerinə yetirsin. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməyərək, uzunmüddətli sülhü təmin etmək üçün addımlar atacaq. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın”, – deyən dövlət başçısı konkret və aydın bəyanat verən Prezident İlham Əliyev Azərbaycanın Qələbəsindən, müharibənin başa çatmasından və Ermənistan rəhbərliyinin də məğlubiyyətlə barışmasından sonra bölgədə hərbi manevrlərin, silahlanmanın anlaşılmaz və yolverilməz olduğunu bildirib.

Prezident İlham Əliyev müsahibəsində, həmçinin bütün dövlətləri xəbərdar etdi ki, “Bu hərəkətləri yığışdırsınlar. Bu, olduqca qətiyyətli və çox açıq bir bəyanatdır və hər kəs öz məsuliyyətini dərk etməlidir”.

Dövlətimizin başçısı həm Ermənistana, həm də havadarlarına ciddi mesajlar verdi. Düşməni bir daha xəbərdar etdi ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır. Təbii ki, düşmənlərimiz bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalı, yenidən müharibə əhval-ruhiyyəsinə düşməməlidirlər. Unutmamalıdırlar ki, 30 il ərzində xarici havadarlarının köməyi ilə işğal altında saxladıqları Azərbaycan ərazilərindən 44 gün ərzində qovuldular. Bu müddət ərzində Ermənistan ordusu darmadağın edildi. Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla düşmən rəsmən təslim olduğunu etiraf etdi. Bundan sonra ermənilərin yenidən baş qaldırmaları mümkün deyil. Dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Ermənistan qonşu dövlətlərin torpaqları hesabına hələ də “böyük Ermənistan” dövləti yaratmaq iddiasından əl çəkməyib və öz ərazisini bu yolla daha da genişləndirmək istəyir. Təəssüf ki, beynəlxalq aləm, xüsusilə Qərb və Avropanın bir sıra dövlətləri, o cümlədən qərəzli beynəlxalq təşkilatlar Ermənistanın faşizmə xas olan siyasətini biganəliklə qarşılayır, işğalçı ölkəyə heç bir sanksiya tətbiq etmirdilər.

Dövlət başçımızın müsahibəsinin geniş əks-səda doğurduğunu, artıq bir çox ölkələrin kütləvi informasiya vasitələrində dərc olunduğu da göz qarşısındadır. Belə olan halda Ermənistan bundan ciddi nəticə çıxarmalı, son variant kimi sülh danışıqlarına razılıq verməlidir. Dövlət başçımızın dediyi kimi, əgər buna razılıq verməsələr, sonrası onların özləri üçün pis olacaq.

Bir sözlə, Prezident İlham Əliyev yeni dövrün tələblərinə cavab verən yeni informasiya strategiyası nümayiş etdirir. Bu siyasi kurs şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır. Dövlət başçısı milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillərdən ibarət yeni doktrinaya malikdir və bunu inamlı, çevik surətdə həyata keçirtməklə özünün və Azərbaycanın nüfuzunu artırır.

Bir sözlə, Prezident İlham Əliyev cənabları bütün müsahibələrində olduğu kimi, Türkiyənin “CNN Türk” televiziya kanalına müsahibəsi Prezident İlham Əliyev Azərbaycanın fikir nöqtəsini, baxış bucağını hər zamankı kimi, yenə də ən yüksək səviyyədə qoruyub müdafiə etməyi bacardı. Dövlətimizin başçısı çıxışında ATƏT-in Minsk qrupunun keyfiyyət əmsalının sıfıra bərabər olduğunu deməklə həmin dövlətlərə daha bir mesaj göndərdi ki, məhz onların ucbatından 44 günlük müharibə baş verdi və yaxşı olar bundan sonra Cənubi Qafqazdakı proseslərə xələl gətirməsinlər. Qeyd etdi ki, əgər töhfə verə bilirsinizsə, bunu edin, bacarmırsınızsa, bu məsələlərdən kənar dayanın. Hər kəsə məlumdur ki, Minsk qrupunda BMT Təhlükəsizlik Şurasının beş dövlətindən üçü təmsil olunur, onlar nəinki regionda, ümumilikdə planetin hər nöqtəsindəki proseslərə ciddi şəkildə təsir etmək imkanına malikdir.

Bununla Prezident İlham Əliyev bir daha qalib Sərkərdə və qalib Azərbaycanın rəhbəri kimi cəsarətli, qətiyyətli mövqeyini nümayiş etdirdi və bildirdi ki, İkinci Qarabağ savaşı hər kəs üçün dərs olmalıdır. Və Prezident İlham Əliyev müsahibəsində “dəmir yumruğu” növbəti dəfə xatırlatdı. Ermənistanın hərbi-siyasi rəhbərliyinin son vaxtlar intensivləşən məsuliyyətsiz bəyanatlarına da cavab verərək dedi: “Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik”.

Bir sözlə, Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycanın dövlət maraqlarını ən yüksək səviyyədə qorudu və hər kəsə öz ciddi mesajlarını göndərmiş oldu. Beləliklə, bütün bu təhlillər belə deməyə əsas verir ki, bütün bunlar düşünülmüş strategiyanın tərkib hissəsidir və Prezident Əliyev nəyi, nə vaxt, necə deməyi öncədən planlaşdırır.

ZƏRİFƏ QULİYEVA,

YAP üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri