Əlilliyi olan şəxslərin qarşısında dövlətin öhdəlikləri nələrdir?-VİDEO

“Şəhərlərin əlilliyi olan şəxslərin ehtiyaclarına uyğun, onlara ayrıseçkilik yaratmadan, hərtərəfli, digər insanlarla bərabər iştirakını təmin etmək dövlətin öhdəliyidir və bu qanundur.”

Yaşadığımız şəhər təəssüf ki, heç də hamı üçün əlçatan deyil. Bəs şəhərləri necə daha inklüziv edə bilərik? Qonağımız, sosial sahibkar Məhəmməd Kekalovla bu mövzu haqqında söhbət etmişik.

Məhəmməd Kekalov deyir ki, əksər yaşayış binaları, xəstəxanalar, dövlət idarələri, nəqliyyat və digər gündəlik istifadə etdiyimiz infrastruktur obyektləri əlilliyi olan şəxslər üçün nəzərdə tutulmayıb və bu problemin həlli üçün böyük miqdarda resurs lazımdır.

Sosial sahibkar KekaMaps xəritə tətbiqinin yaradıcısıdır. Bu xəritə vasitəsilə vətəndaşlar olduqları yerdə binaların, səkilərin, keçidlərin və s. əlilliyi olan şəxslər üçün əlçatan olub-olmamasını və ya konkret hansı problemlərin mövcud olduğunu elektron şəkildə qeyd edib, yerli icra orqanlarına və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət göndərə bilərlər.

/akinchi.org/