General Hikmət Həsənov vəzifəsindən azad edildi və…

Azərbaycanın 1-ci Ordu korpusunun komandiri,adı daha çox “Tərtər işi”ndə hallanan general-mayor Hikmət Həsənov vəzifəsindən azad olunub.

Kanal32.az xəbər verir ki, Müdafiə naziri general – polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb.

Kanal32.az sfera.az-a istinadən xəbər verir ki, General Hikmət Həsənov Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.

Məlumat üçün bildirək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilib və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib.

Hazırda General-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.

Həmçinin onu da qeyd edək ki,general Hikmət Həsənovun vəzifədən azad olunması barədə xəbəri ilk olaraq manset.az yayımlayıb.