Elmar Vəliyevin üzərində tibbi ekspertiza keçirildi və…

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev tibbi ekspertizadan keçirilib.

Kanal32.az xəbər verir ki,bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən bildirilib.

Ekspertizaya səbəb isə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən “Gəncə İşi” çərçivəsində sabiq başçıya sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovun vəkillərinin vəsatəti barədə qərar olub.

Qeyd edək ki, vəkilləri Elmar Vəliyevin anlaqsız olduğunu və məhkəməyə gələ bilmədiyini iddia edib.

Elmar Vəliyevin məhkəməyə gətirilməsini tələb edən vəkillərin onun suallara cavab verməsini istəyib.

Məhkəmənin vəsatəti qəbul etməsindən sonra sabiq başçı üzərində yenidən tibbi ekspertiza təyin edilib.

Nəticədə Elmar Vəliyevin aldığı zərbədən sonra psixi pozğunlu müəyyən edilib.

Məlumata görə, məhkəmə iyulun 15 də davam etdiriləcək.